Icma.az
close
up
RU
Ağdamın icra başçısının bu hərəkətinin səbəbi bilindi VİDEO

Ağdamın icra başçısının bu hərəkətinin səbəbi bilindi VİDEO

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdamın icra başçısı Vaqif Həsənovun tədbirdə operatora 100 manat verməsi birmənalı qarşılanmayıb. Bir tərəfdən, bu jest humanist addım kimi qiymətləndirilsə də, digər tərəfdən məmurların rəsmi tədbirlərdə belə davranışlarının etik norma və qaydalara uyğun olmadığı bildirilir.

Hadisə məmur-ictimaiyyət münasibətləri və dövlət etikası prizmasından necə qiymətləndirilir?

Globalinfo.az-a danışan AĞ Partiya başqanı Tural Abbaslı məsələyə müxtəlif aspektlərdən yanaşmağın vacib olduğunu bildirib:

“Tariximizdə “nəmər vermək” kimi ənənə mövcuddur. Yəni imkanlı insanların başqalarına kiçik dəstək göstərməsi adət-ənənələrimizdəndir. Toylarda, xeyir işlərində muştuluq anlayışı var. Bu baxımdan, operatorun orada 50-100 manat qazanması onun burnundan gətirmək düzgün olmaz”.

Partiya rəhbəri əlavə edib ki, məmurların davranış kodeksi mövcuddur və rəsmi tədbirlərdə bəxşiş vermək və ya yardım göstərmək qaydaları diqqətlə nəzərdən keçirilməlidir:

Tural Abbaslı

“Məmurun bunu necə və hansı formada təqdim etməsi önəmlidir. Toy və rəsmi tədbirə yanaşma fərqli olmalıdır. Mənim üçün əsas məsələ icra başçısının pulu haradan və necə əldə etməsidir. Əgər halal puldursa, təki imkanlı insanlar imkanı zəif olanlara dəstək versinlər. Sadəcə, yerinə, zamanına və məkanına görə bu məsələlər dəyişir”.

Tural Abbaslı qeyd edib ki, sözügedən halda icra başçısının operatora jesti rəsmi tədbirdə baş verib və kənardan qeydə alınıb:

“Başçı belə hallar üçün ənənəvi üsullardan istifadə edə bilərdi. Məsələn, Milli Mətbuat günü kimi xüsusi günlərdə hədiyyəni köməkçilər vasitəsilə çatdırmaq daha məqsədəuyğun olardı. Bu cür hadisələrin müzakirə mövzusuna çevrilməməsi üçün yerinə, zamanına və tərəflərin statusuna uyğun yanaşmaq vacibdir”.

View this post on Instagram

A post shared by Globalinfo.az (@globalinfo_az)

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri