Ağdaşda Kənddən Şəhərə yarmarkası təşkil olunur
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdaşda növbəti dəfə "Kənddən Şəhərə" yarmarkası təşkil olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən Ağdaş şəhərində növbəti dəfə "Kənddən Şəhərə" yarmarkası təşkil olunur.
Ağdaş şəhəri, Heydər Əliyev Prospekti 4 ünvanında keçirilən yarmarkanı Ağdaş Rayon İcra Hakimiyyəti başçısı Orxan Hüseynzadə, Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin müşaviri Elmir Bədəlov və digər rəsmilər ziyarət ediblər.
Onlara yarmarkanın təşkili, kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsi, fermerlərin öz məhsullarını birbaşa istehlakçılara təqdim etməsi barədə məlumat verilib. Bildirilib ki, yarmarkaların Ağdaş şəhərində və respublikanın digər regionlarında davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Bu isə, yerli istehsalçıların məhsullarını daha geniş auditoriyaya təqdim etməsinə,fermerlərlə istehlakçılar arasında əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır.
Qeyd edək ki, yarmarkada respublikanın müxtəlif regionlarından 45-ə yaxın fermer 50 çeşiddə 6 tona qədər kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər. 10-11 oktyabr tarixlərində fəaliyyətdə olacaq yarmarkada fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 10 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















