Icma.az
close
up
RU
Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyi məlum olub.

Sfera.az xəbər verir ki, həmin məlumatda zibil poliqonunun Ağdaş rayonuna məxsus olduğu qeyd edilir.

Xəbərdə bildirilir ki, rayonun Qəribli kəndində böyük "zibillik" poliqonu mövcuddur və burada tullantılar "unudulub", tullantıların idarə edilməsi həyata keçirilmir. Əldə etdiyimiz məlumata əsasən, sözügedən "zibillik" poliqonu coğrafi baxımdan Ağdaş rayonunun Qəribli kəndinin ərazisi ilə əhatə olunsa da buranın idarə edilməsi Ağdaş rayonuna aid deyil.

Bərk məişət tullantılarının saxlanıldığı ərazi Yevlax rayonun inzibati idarəçiliyindədir. Yəni, tullantıların yığılması, daşınması, saxlanılması və zərərsizləşdirilməsi işləri Yexlax rayonunun aidiyyatı qurumları tərəfindən həyata keçirilir.

Sözügedən poliqon 30 ildir ki, mövcuddur. Ağdaşın adıçəkilən kəndinə gedən yol məhz bu poliqonun ərazisindən keçir. Buna görə də bəzi adamlarda elə təsəvvür var ki, bu ərazi də Ağdaş rayonuna aiddir. Amma poliqon Yevlax rayonuna məxsusdur.

O da məlum oldu ki, "zibillik" poliqonu kimi tanınan ərazilər Azərbaycanın bütün rayon və şəhərlərində mövcuddur. Bu xüsusi ərazilər Azərbaycanın müvafiq qanunlarına və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq yaradılır. Poliqonlar yaşayış məntəqələrində sanitariya, gigiyena və ekoloji vəziyyəti normallaşdırmaq üçün toplanan bərk məişət tullantılarının idarə edilməsi üçün yaradılır. Yaşayış məntəqələrindən toplanan bərk məişət tullantılarının müvəqqəti saxlanılması və zərərsizləşdirilməsi məhz bu ərazilərdə həyata keçirilir. Qaydalara görə, yaşayış məntəqələrindən toplanan bərk məişət tullantılarının xüsusi ayrılan ərazidən başqa yerlərdə saxlanılması, toplanması icazə verilmir, tullantılar bu ərazilərdə zərərsizləşdirilməlidir. Buna görə də bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi ərazisi seçilən zaman onun yeri tələblərə uyğun olaraq müəyyənləşdirilir.

Tələblərə əsasən, sahənin ərazisi günəş şüaları və küləyin təsiri üçün açıq olmur, qrunt sularının səviyyəsi poliqonun təməlindən ən azı 1 metr aşağı olur, çay, göl, açıq su hövzələrinin sahillərində, kənd təsərrüfatı sahələrinin, şəhərlər və digər yaşayış məntəqələrinin və təbii abidələrin yaxınlığında (sanitar-ekoloji mühafizə zonaları nəzərə alınmaqla), yaşıllıq ərazilərində, turizm və rekreasiya zonalarının ərazilərində və meşələrdə poliqonlar üçün sahələrin ayrılması və təşkili edilmir.

Bu baxımdan Yevlax rayonuna aid olan bərk məişət tullantılarının saxlandığı və zərərsizləşdirildiyi poliqon da tələblərə uyğundur.

Altay

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://sfera.az
archiveBu xəbər 14 May 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri