Icma.az
close
up
RU
Ağdaşın ekoloji problemi: Zibillənən küçələr niyə təmizlənmir?

Ağdaşın ekoloji problemi: Zibillənən küçələr niyə təmizlənmir?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdaş rayonu olduqca mürəkkəb relyefə məxsusdur. Belə ki, rayon həm dağlıq, həm də düzənlik relyefdən ibarətdir. Qarışıq rənglərin harmoniyasından doğan möhtəşəm təbiət tabloları rayona xüsusi gözəllik bəxş edir. Digər tərəfdən, ölkənin ən iti axan çayı - Türyançay çayının sağ sahili də məhz Ağdaşdan, rayonun ən böyük qəsəbəsi və kəndi Ləkidən keçir. Bundan əlavə, Ağdaşın cənub-qərb istiqamətindən Kür çayı axır. Bir zamanlar Ağdaşın elə bir su hövzəsi yox idi ki, orada balıq ehtiyatı olmasın. Hər hansı bir kanalın, hətta arxın kənarına gələndə, suyun dibində onlarla balığın dövrə vurduğunu görmək olardı. Lakin zaman keçdikcə ekoloji baxımdan sahibsiz qalan Ağdaşın su hövzələri zəhərləndi və bütün balıq ehtiyatı da azaldı. Balıq ehtiyatı ilə yanaşı, müxtəlif növ quşların və heyvanların da sayı olduqca azalıb. Təəssüf ki, ölkə ərazisində flora və faunanın bu məzlum durumu Ağdaş rayonunun təbiətində və ekologiyasında da müşahidə olunur.

Bütün bunları əbəs yerə xatırlatmadım. Çünki özünəməxsus təbiəti, ab-havası olan Ağdaşda indi bunun əksi müşahidə olunur. Belə ki, rayon ərazisində az qalsın elə bir küçə yoxdur ki, orada zibil poliqonu olmasın. Hansı küçəyə daxil olsan, bir neçə dəqiqə gəzmək kifayətdir ki, zibillik ərazilərlə rastlaşasan. Bu da ətraf mühitə əməlli-başlı ziyan vurur, həm də xəstəliklərə yol açır. Uzun illərdir həllini tapmayan problem isə artıq yerli əhalini təngə gətirib.

Sakinlərin sözlərinə görə, küçələr ərazi baxımından geniş olsa da, heç birində zibil qabları yoxdur:

"Ərazini özümüz təmiz saxlamağa çalışırıq, davamlı olaraq süpürürük, amma zibil atmağa yer olmadığı üçün küçələrin aqibəti budur. Tullantıları müəyyən bir yer seçib atırlar, sonra bir neçə nəfər də orada tullantı görüb davamını gətirir və nəticədə ətrafda süni zibil poliqonu yaranır. Nə gəlib təmizləyən var, nə də müraciətə baxan. Sanki belə də olmalıdır. Demək olar ki, hər küçədə zibillənmiş ərazi var, lakin heç bir küçədə zibil qabları yoxdur".

Ağdaş rayonu ilə yanaşı, rayonun ən böyük qəsəbəsi və kəndi Ləki də zibillik problemindən əziyyət çəkir. Yaşayış məntəqələrində yaranan zibillik poliqonları artıq ənənə halını alıb. Ərazidə bir neçə poliqonun olması da, təbii ki, həm quduzlaşmış heyvanların, ilanların, həşəratların olmasına, nəticədə xəstəliklərin yayılmasına səbəb olur. Təəssüf ki, zibillik ərazilər yaşayış yerlərinə yaxın olduğu üçün istər-istəməz yanından keçməli olursan. Onda da özünü ya itlərin vahiməli baxışlarının, ya da üfunət qoxusunun ağuşunda hiss edirsən. Sakinlər də ekoloji problemin tezliklə həllini tapmasını arzulayırlar ki, əlavə dərdə düçar olmasınlar.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri