Agentlik direktoru: Ötən il İtaliya məhsullarının Azərbaycana ixracı 10 faiz artıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Ötən il İtaliya məhsullarının Azərbaycana ixracı 10 faiz artıb, altı ayda bu artım 14 faiz olub. Bu bir daha göstərir ki, Azərbaycanda İtaliya məhsullarına maraq artır.
AZƏRTAC xəbər verir ki, bunu İtaliya Ticarət Agentliyinin direktoru Çeçiliya Oliva Bakıda İtaliya Mətbəxi Həftəsi başlaması ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İtaliya məhsullarına bütün dünyada maraq getdikcə artır: "İtaliya həyat tərzini Azərbaycanda təşviq etmək üçün çalışırıq. İtaliya mətbəxi qida təhlükəsizliyini özündə ehtiva edir. Mətbəxi Azərbaycanda təşviq etmək üçün əlimizdən gələni etdik. İtaliyanın 20 regionu var və onların hər birinin özünəməxsus mətbəxi mövcuddur. Ümid edirəm ki bu həftə İtaliya ilə Azərbaycan arasında mədəni, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 15 Oktyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















