Icma.az
close
up
RU
Agentlik əlillərə 30 manat yardım verirmiş

Agentlik əlillərə 30 manat yardım verirmiş

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Jurnalist Bəxtiyar Fətullayev Sosial Xidmətlər Agentliyinin Nərimanov rayon şöbəsinə baş çəkərək əlillərə illik verilən maddi yardımın vəziyyətini araşdırıb. AzPost bildirir ki, B.Fətullayevin özü də əlil övladın atasıdır və məsələni fərdi maraqla yox, vətəndaş mövqeyindən də izləyib.

Məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi illərdir ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə hər ünvan üzrə 30 manat yardım ayırır. Lakin maraqlıdır ki, bu barədə həm vətəndaşlara, həm də əlillərlə işləyən qurumlara kifayət qədər məlumat verilməyib. Nəticədə, bir çox əlilin bu yardımdan xəbəri olmur.

Agentlikdə Fətullayevə bildirilib ki, bir mənzildə bir neçə əlil varsa, 30 manat həmin ünvan üçün ümumi məbləğ hesab olunur. Yəni, bir ailədə 4 əlil varsa, hər biri 7,5 manat alır; 3 əlil varsa, hər birinə 10 manat düşür; 2 əlil varsa, hər birinə 15 manat verilir. Başqa sözlə, yardım adambaşına uyğun deyil və sosial ədalət prinsipi pozulur.

Bundan əlavə, yardımı almaq üçün əlillər şəxsiyyət vəsiqəsi, əlillik kitabçası təqdim etməli, daha ağır vəziyyətdə olanlar isə əlavə olaraq etibarnamə göstərməlidirlər. Halbuki, bütün əlillərin məlumatları artıq vahid elektron sistemdə mövcuddur və yardım birbaşa onların kartlarına köçürülə bilər. Lakin hazırda vətəndaşlar pullarını poçtlardan götürməyə məcburdurlar.

Bəxtiyar Fətullayev diqqət çəkir ki, dünya təcrübəsində və qonşu ölkələrdə vətəndaşların sosial rifahını artıracaq addımlar daha rahat həyata keçirilir. Məsələn, Türkiyədə bayramlarda pensiyaçılara əlavə ödənişlər birbaşa kartlarına köçürülür, heç bir sənəd tələb olunmur. Azərbaycanda isə vətəndaşları sevindirəcək qərarlar üçün belə sadələşdirilmiş yanaşma tətbiq edilmir.

Fətullayev bildirir ki, bu vəziyyət xüsusilə həssas təbəqə olan əlillər üçün ciddi narahatlıq doğurur və dövlət tərəfindən həm yardımların məbləği, həm də paylanma qaydası ədalətli şəkildə nəzərdən keçirilməlidir.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Noyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri