Icma.az
close
up
RU
Agentliklər filmlərdə süni intellekt aktrisasından istifadə etməyə hazırlaşır KİV

Agentliklər filmlərdə süni intellekt aktrisasından istifadə etməyə hazırlaşır KİV

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçən həftə Sürix film festivalında məlum olub ki, bəzi istedad axtarış agentlikləri "Tilli Norvud" adlı aktrisaya maraq göstərib. Lakin problem ondadır ki, Tilli – insan deyil, tamamilə süni intellekt vasitəsilə yaradılmış personajdır. Onu "Particle6" şirkəti və onun törəmə studiyası "Xicoia" formalaşdırıb.

Qaynarinfo-nun "The Verge" nəşrinə istinadən məlumatına görə, studiyanın rəhbəri Eleyn van der Velden bildirib ki, o, Tillini yeni Skarlett Yohansson və ya Natali Portman səviyyəsində ulduza çevirmək istəyir. Hazırda onun "film karyerası” yalnız bir parodiya videosu - AI Commissioner ilə məhdudlaşır. Bu video televiziya sənayesini satirik formada tənqid edir.

Texniki baxımdan Norvud real aktrisa deyil, hərəkət və nitqi real insanların videoları əsasında formalaşdırılan idarəolunan avatar sayılır. Tərtibatçılar bildirir ki, Tilli onlayn söhbətlər apara, trendlərə reaksiya verə və kommunikasiya tərzini platformadan asılı olaraq dəyişə bilir.

Həmin "AI Commissioner" videosunda qəhrəmanlardan biri Tilliyə aşiq olur, çünki o, onun dediyi hər şeyi edə bilir.

Bu arada aktyorlar ittifaqı "SAG-AFTRA" belə layihələrin sənayedə yeni problemlər yaratdığını bəyan edib. Qurumun fikrincə, süni intellekt modelləri real aktyorların çıxışları üzərində öyrədildiyi üçün bu, canlı sənətkarların əvəzlənməsi kimi qəbul edilə bilər.

Bundan əvvəl məlum olmuşdu ki, "Disney", "Tron: Ares" filmində süni intellektlə yaradılmış personajın istifadəsini planlaşdırırdı. Həmin qəhrəman – "Bit" adlı neyroşəbəkə obrazı – filmdəki hadisələrə real vaxtda reaksiya verməli idi.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri