Icma.az
close
up
RU
Agentliklər söz verir, amma nəticə yoxdur Çingiz Səfərov xaosun kökünü izah edir

Agentliklər söz verir, amma nəticə yoxdur Çingiz Səfərov xaosun kökünü izah edir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Rəqəmsal sektor sürətlə böyüyür, amma onunla birlikdə müştərilərin etimadsızlığı da artır. Şirkətlər agentliklərdən eyni vədləri eşidir: "vaxtında çatdıracağıq", "keyfiyyətli olacaq", "ən kreativ işi biz görəcəyik". Amma nəticə çox vaxt fərqli olur - layihələr uzanır, səhvlərlə dolu olur, ideyalar isə orijinallıqdan uzaq qalır. "Safaroff Agency"nin təsisçisi və idarəedici partnyoru Çingiz Səfərov hesab edir ki, problemin kökü nə sifarişin mürəkkəbliyində, nə də müştərinin tələbindədir. Onun fikrincə, əsas səbəb agentliklərin sistemsiz işləməsidir.

"Ənənəvi agentliklər vəd satır, amma prosesi yox. Layihə bir nəfərin üzərində qurulursa, o adam gedəndə sistem dağılır. Şəffaflıq yoxdur: müştəriyə deyirlər "20 saat işlədik", amma bu saatın harada sərf olunduğunu bilmir. Keyfiyyətə nəzarət işin sonunda aparılır, səhvlər isə bazarda görünür. Ən təhlükəlisi isə odur ki, dərs çıxarma mexanizmi yoxdur - səhvlər təkrar olunur", - deyir Çingiz Səfərov.

Onun sözlərinə görə, bu, sadəcə idarəetmə boşluğu deyil, biznes üçün real maliyyə itkisinə səbəb olur:

"Bir müştəri yeni mobil tətbiqini bazara çıxarmaq istəyirdi, amma əvvəlki tərəfdaş development prosesini gecikdirdi. Biz layihəni götürdük və prosesi 40 faiz sürətləndirdik. Nəticə? Tətbiq vaxtında istifadəyə verildi və müştəri bazarın ən kritik anını qaçırmadı.

Başqa bir nümunədə isə QA mərhələsini prosesin içinə yerləşdirməklə, səhvlərin sayını üç dəfə azaltdıqlarını qeyd edir. "Bu, sadəcə texniki göstərici deyil. Hər gecikmənin və hər səhvin arxasında real pul dayanır".

"Safaroff Agency" özünü "reklam agentliyi" kimi deyil, "rəqəmsal məhsul istehsalçısı" kimi təqdim edir. Bu, təkcə termin fərqi deyil - yanaşma fərqidir. Burada proses "əlavə" yox, işin əsası sayılır. Hər layihə istehsalat xətti kimi işləyir: hər saat və tapşırıq qeydə alınır, müştəri istənilən an hansı kodun, dizaynın və ya testin aparıldığını görə bilir. Keyfiyyətə nəzarət yekunda yox, elə işin gedişində həyata keçirilir. Hər layihədən sonra retrospektiv keçirilir: hansı texnologiya işləyib, hansında itki olub. Bu sistem nəticəsində "Safaroff" son iki ildə məhsul buraxılışında 25 faiz sabit artım əldə edib.

Çingiz Səfərovun fikrincə, sistemli idarəetmə yalnız texniki tərəfi deyil, riskləri də azaldır:

"Biz yalnız yaxşı ssenarilərə güvənmirik. Hər layihədə risklər qaçılmazdır. Bizim PM-lər bütün mümkün riskləri əvvəlcədən modelləşdirir və alternativ ssenarilər hazırlayır. Əgər üçüncü tərəf API-ləri geciksə, ehtiyat plan aktivləşir. Əgər komanda üzvü gedərsə, layihə dayanmaz - çünki sistem şəxslərə yox, prosesə bağlıdır. Biz risk baş verdikdə "indi nə edək?" sualını vermirik. Cavab artıq əvvəlcədən hazır olur".

Bu yanaşma müştəri üçün konkret üstünlüklərə çevrilir. Vaxt baxımından kampaniyaların çıxış müddəti 30 faiz azalıb. Səhvlərin erkən aşkarlanması düzəliş xərclərini 20-25 faiz azaldıb. Sabitlik baxımından isə nəticə artıq bir developerin ilhamına yox, komandanın mexanizminə əsaslanır.

Çingiz Səfərov bildirir ki, bu struktur həm özəl, həm də dövlət sektorunda effektiv nəticə verir:

"Dövlət layihələrində şəffaflıq və hesabatlılıq tələb olunur. Bizim yanaşma bunu təmin edir. Bir layihədə hər addım, hər saat qeydə alınırdı. Bu, audit üçün tam şəffaflıq yaratdı. Ona görə bu gün bir neçə dövlət qurumu ilə davamlı əməkdaşlıq edirik".

"Biz gözəl vədlər satmırıq. Biz prosesi satırıq. Çünki yalnız proses nəticəni proqnozlaşdırılabilən edir. Başqaları əvvəl söz verib sonra bəhanə gətirir. Bizdə isə söz prosesi, proses isə nəticəni gətirir", - Çingiz Səfərov şirkətin fəlsəfəsini belə ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see201

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see175

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see172

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see145

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see140

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see133

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see131

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see129

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see129

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see126

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see126

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri