Icma.az
close
up
RU
Ağız sağlığının insan orqanizminə təsiri varmı?

Ağız sağlığının insan orqanizminə təsiri varmı?

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Son illərdə aparılan araşdırmalar ağız sağlığının beyin xəstəlikləri arasında maraqlı və vacib bir əlaqə olduğunu göstərir. Diş əti qanaması, ağız boşluğunda iltihabı proseslər və digər narahatlıqların müxtəlif xəstəliklərlə əlaqəsi müzakirə olunur. Həmçinin üst diş əti qanaması beyinlə əlaqəli olduğu, alt damaqlarda diş əti qanaması varsa, bunun daxili orqanlarla bağlı olduğu iddia edilir.Diş əti qanamasının həqiqətən beyin xəstəlikləri və ya daxili orqan problemləri ilə əlaqəsi varmı?

Bu barədə Bizimyol.info xəbər portalına danışan stomatoloq Mirzəyev Tural bildirib ki, diş əti xəstəliklərinin, karieslərin və dişlərdəki digər problemlərin müxtəlif xəstəliklərin gedişinə təsiri var: “Bu yanaşmanın doğru olduğunu düşünmürəm ki, hər hansı bir ağız boşluğu problemi konkret olaraq hansısa xəstəliyin təzahürüdür. Amma ağız boşluğunda olan xəstəliklərin -diş əti xəstəliklərinin, karieslərin və dişlərdəki digər problemlərin müxtəlif xəstəliklərin gedişinə təsiri var.

Məsələn, bu problemlər beyində olan xəstəliyin gedişini ağırlaşdıra bilər. Hətta beyin absesi kimi iltihabi hallar yarana bilər. Şəkərli diabetdən əziyyət çəkən xəstələrdə də ağız boşluğunun, xüsusilə karieslərin müalicəsindən sonra xəstəliyin gedişində müsbət dəyişikliklər müşahidə olunub, yəni remissiya dövrü yaşayan pasiyentlər də olub”.

Tural Mİrzəyev əlavə edib: “Ürək-damar xəstəlikləri olan pasiyentlərdə də ağız boşluğunda gedən proseslərin birbaşa təsiri var. Məsələn, endokardit, yəni ürəyin iltihabi xəstəliyi ilə ağız boşluğundakı mikroblar arasında əlaqənin olması araşdırmalar nəticəsində öz təsdiqini tapıb.

“Dil orqanizmin güzgüsüdür” deyirik. Bəli, dildə baş verən dəyişikliklər daxili orqanlarda olan hər hansı bir xəstəliyin xəbərçisi ola bilər”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 İyun 2026 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri