Icma.az
close
up
RU
“Ağsaqqal”ın ölümü ilə bağlı ZİDDİYYƏT İmtina edib, yoxsa məsuliyyətsizlik olub?

“Ağsaqqal”ın ölümü ilə bağlı ZİDDİYYƏT İmtina edib, yoxsa məsuliyyətsizlik olub?

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhiyyə Nazirliyinin mərhum aktyor Azər Baxşəliyevlə bağlı yeni məlumat çoxlarını təəccübləndirdi. 

Nazirlikdən Lent.az-a verilən məlumatda qeyd edilir ki, sən demə, səhnəmizin “Ağsaqqal”ı könüllü surətdə əməliyyatdan imtina edibmiş. Hansı ki, ötən gün İlkin Həsəni dostu Azər ilə bağlı sensasion açıqlama vermişdi. O deyib ki, Azər Baxşəliyevə böyrək köçürülməsi üçün donor tapılıbmış, lakin səhiyyəmizdə bunu doğru-düzgün həll edən tapılmayıb:

"Onu sevən tamaşaçılardan biri təmənnasız donor olmaq istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri başlamışdı. Son illərdə transplantasiya əməliyyatları üçün etika komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə soruşanda deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Onda da Azərə imtina cavabı gəldi. Hansısa problem çıxdı və imtina cavabı gəldi. Bir az da bu olay Azəri sarsıtdı..."

Lent.az məsələ ilə bağlı araşdırma aparıb. 

Onu da xatırladaq ki, qohum olmayan şəxslərin donorluğuna nəzarəti 2023-cü ildə fəaliyyətə başlayan Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası həyata keçirir. 

Komissiya tərəfindən qohum olmayan donorun həqiqətən təmənnasız olaraq orqanını verməsi aydınlaşdırılır və beləliklə qeyri-qanuni orqan alverinin qarşısı alınır.

Komissiyanın 5 üzvü arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsindən də nümayəndə var. Komissiya tərəfindən həqiqətən donorluğa ehtiyac olub-olmadığı müəyyənləşdirilir.

Məsələyə aydınlıq gətirmək üçünü Səhiyyə Nazirliyinə müraciət etdik. 

Nazirlikdən saytımıza Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumatı bölüşüb.

Açıqlamada qeyd olunub ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20 fevral 2024-cü ildə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb: 

“2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. Həmin ilin 16 oktyabrında xəstəxana sənədləri ODTKM daxil olub. 31 oktyabrda isə Etika Komissiyasına sənədləri göndərilib. Lakin, Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”.

Qeyd edək ki, 3 gün süni tənəffüs aparatına qoşulan Azər Baxşəliyev yanvarın 5-də dünyasını dəyişib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 07 Yanvar 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri