Icma.az
close
up
RU
Ağsaqqallar Şurası bəyanat yaydı: Eldar Quliyev barədə iddialar böhtandır

Ağsaqqallar Şurası bəyanat yaydı: Eldar Quliyev barədə iddialar böhtandır

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Bu gün yüzlərlə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərdiyi Azərbaycanda, bütün demokratik ölkələrdə olduğu kimi, söz və mətbuat azadlığı yüksək səviyyədə təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən medianın inkişafı və səmərəli fəaliyyəti ilə bağlı mühüm qərarlar qəbul edilir, əhəmiyyətli addımlar atılır, diqqət və qayğı ilə əhatə olunan jurnalistlərə maddi və mənəvi dəstək göstərilir. Bu gün mətbuat sahəsində bəzi dırnaqarası “informasiya saytları” və orada çalışan (daha doğrusu orada insanlara şər-böhtan atmaqla, onları şantaj etməklə məşğul olan) “jurnalistlər” informasiyanı faktlar əsasında, obyektiv və qərəzsiz formada deyil, həqiqətdən uzaq, yalan, şər-böhtan şəklində və müəyyən maraqlar müqabilində yaymağa çalışırlar".

Bu fikirlər Azərbaycan Ağsaqqallar Şurasının yaydığı bəyanatda əksini tapıb.

Bəyantda deyilir:

"Medianın üz qarası sayılan belə “informasiya saytlarında” tanınmış ictimai-siyasi xadimlər, ayrı-ayrı vətəndaşlar və sahibkarlar haqqında, eləcə də müxtəlif idarə və təşkilatlarla bağlı böhtan xarakterli məlumatları yayaraq cəmiyyətdə həmin şəxslər, qurumlar barəsində yanlış təsəvvür yaradır, onların nüfuzuna xələl gətirir, bu şər kampaniyasının dayandırılması müqabilində bəzi tələblər irəli sürürlər. Təəssüf hissi qeyd etmək istəyirik ki, son zamanlarda bu cür “informasiya saytlarının” növbəti “hədəflərindən” biri də Azərbaycan Ağsaqqallar Şurası olub. Bu qərəzli saytlar çirkin niyyətlərini həyata keçirməkdən ötrü Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevlə bağlı reallıqla heç bir əlaqəsi olmayan, uydurma iddialar irəli sürərək bildirirlər ki, guya o, özünə məxsus olan binanı Şuraya icarəyə verib. Bir sözlə, xəstə təxəyyüllərini işə salaraq ağla gəlməyən iftiralar, ağ yalan iddialar, saxta fikirlər ortaya atır, Eldar Quliyevin haqqında şər-böhtan yayaraq nüfuzuna xələl gətirir və bu yalan informasiya yayımında müəyyən məqsədlər güdürlər".

Vurğulanıb ki, insanları çaşdırmaq üçün yayılan bu yalan informasiya yalnız Eldar Quliyevə qarşı deyil, onun sədrlik etdiyi Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvünə qarşı da böhtan xarakterli məlumatlar kimi cəmiyyətimizdə, eləcə də sıralarında tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, nüfuzlu ağsaqqalların olduğu təşkilatın üzvlərində ciddi narahatlıq doğurur:

"Bildirmək istəyirik ki, Azərbaycan Ağsaqqallar Şurasının yerləşdiyi bina, daha doğrusu binadakı qeyri-yaşayış sahəsi müqavilə əsasında fiziki şəxsdən icarəyə götürülmüş, orada zəruri təmir işləri aparılmış və lazımi texniki avadanlıqlarla təchiz edilərək Şuranın fəaliyyəti üçün normal şərait yaradılmışdır. Bu qeyri-yaşayış sahəsini icarəyə verən şəxsin Eldar Quliyevlə heç bir bağlılığı, əlaqəsi yoxdur. Həmin şəxsin sahibkarlıq, eləcə də vətəndaş hüquqlarının qorunması və kimliyinin ictimailəşdirilməməsi baxımından adının açıqlanmasını düzgün hesab etmirik. Lakin maraqlananlar Azərbaycan Ağsaqqallar Şurasına müraciət edərək, yaxud da 09 dekabr 2021-ci il tarixli 3M-3056 reyestr nömrəli icarə müqaviləsini araşdıraraq həmin şəxs haqqında məlumat ala bilərlər.

Biz məsələnin məğzini, mahiyyətini araşdırmadan, heç bir real fakta istinad etmədən, “şər dəyirmanına su tökərək” yalan informasiya yaymağa, kimlərisə günahlandırmağa, “mühakimə” etməyə, işgüzar nüfuzunu zədələməyə çalışanlara qarşı məhkəməyə, müvafiq hüquq-mühafizə orqanlarına müraciət edərək qanun çərçivəsində sərt tədbirlərin həyata keçirilməsini təmin edə bilərik. Lakin Azərbaycan Ağsaqqallar Şurası olaraq biz qərəzli media subyektlərinə bir daha ciddi şəkildə xəbərdarlıq edərək onları qınayır, şər-böhtan kampaniyası aparmaqdan, yalan informaiya yaymaqdan çəkinməyə çağırır, ədalətli, vicdanlı və dürüst olmağa dəvət edirik".

"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 May 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri