Ağstafada Aşıq sənəti müsabiqəsinin seçim turu keçirilib FOTOLAR
Icma.az, Unikal.az saytına istinadən bildirir.
2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında keçirilən Aşıq sənəti müsabiqəsinin seçim turu baş tutub.
"Unikal" xəbər verir ki, seçim turunda aşıq sənəti, saz ifaçılığı üzrə ümumilikdə 50 nəfərədək istedadlı uşaq, yeniyetmə və gənc iştirak edib. Peşəkar münsiflər heyətinin qiymətləndirilməsi ilə Ağstafa rayon Mədəniyyət Mərkəzində keçiriləcək əsas seçim turunda iştirak edəcək iştirakçılar arasında qaliblər müəyyən ediləcək.
Qeyd edək ki, iki mərhələdən ibarət müsabiqə 3 yaş qrupu (8-13, 14-18 və 19-29) üzrə keçirilir.
Müsabiqənin başlıca məqsədi Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini özündə ehtiva edən Aşıq sənətinin təbliği, bu sənətə maraq göstərən uşaq, yeniyetmə və gənclərin peşəkarlıq səviyyəsinin artırılması, xüsusi istedada malik olan ifaçıların aşkar edilməsi və bu sahənin inkişafına töhfə verməkdən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















