Icma.az
close
up
RU
Novruz bayramı Ağstafada təntənə ilə qeyd edildi FOTOLAR

Novruz bayramı Ağstafada təntənə ilə qeyd edildi FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün İlaxır çərşənbəsidir. İlin sonuncu Torpaq çərşənbəsi, həm də baharın, yeni başlanğıcın müjdəsidir. Bu münasibətlə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında təşkil olunan ümumrayon bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə parkın ərazisində qədim maddi-mədəni irsimizi ifadə edən eksponatlara, yerli özfəaliyyət dərnəklərinin üzvlərinin dövlətçiliyə, milli dəyərlərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgilərə, uşaqların, məktəblilərin və incəsənət nümayəndələrinin təqdimatında çoxəsrlik Novruz adət ənənələrimizi ehtiva edən bahar qız, keçəl, kosa personajlarının iştirakı ilə milli rəqs, aşıq sənəti və digər folklor nümunələrindən ibarət ədəbi-bədii kompozisiyalara, dama, güləş, qol güləşi, əlbəyaxa döyüş üzrə idman klublarının nümunəvi çıxışlarına tamaşa olunub.

Milli birlik və suverenliyimizin əsas atributlarından olan Dövlət Himnimizin sədalarından sonra, ağstafalılar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələrini qürurla anıblar.

Ümumrayon tədbirini bayram səhnəsindən açıq elan edən RİH başçısı hər kəsi təbrik edərək bildirib ki, Novruz Bayramı, insanlaın bir-birinə qayğı və hörmətlə yanaşmasını təşviq edir, gəlişi ilə evlərə, ailələrə şadlıq və sevinc gətirir. Artıq neçə ildir ki, qalib xalqımız bu bayramı yüksək əhval-ruhiyyə, ürək sevinci və qəlb fərəhi ilə qarşılayır. Bu gün bayram tonqallarımız suveren Azərbaycanımızın hər nöqtəsində, o cümlədən doğma Qarabağmızda da şölə saçır. Azad olunmuş torpaqlarımıza, əzəli baba yurdlarına qayıdan əhalimiz doğma evlərində bayramlarını qürur hissi ilə qeyd edirlər. Hər kəsə məlumdur ki, Ümummilli Lider Heydər Əliyevin xalqımızın firəvanlığı, ölkəmizin tərəqqisi naminə müyyənləşdirdiyi siyasətin üst pillələrində, insanların sosial rifahının yüksəldilməsi məqsədi ilə ölkəmizin hər bölgəsinin abadlaşdırılması, müasir sosial və digər infrastrukturların sistemli şəkildə tətbiqi, eyni zamanda, tarixi və memarlıq abidələrinin qorunması yer alır. Bütün sahələrdə Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi xalqımızın tarixini, mədəniyyətini, həyat tərzini, milli-mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından yüksək əhəmiyyətlər kəsb edir.
Ümumrayon tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin Novruza həsr etdikləri geniş bayram konserti ilə davam etdirilib.

Rayonun idman sahəsində fərqlənən yeniyetmə və gənclər Ağstafa RİH-in Fəxri Fərman və hədiyyələri ilə təltif olunublar.

Sonda Seymur Orucov şəhidlərimizn valideynləri ilə bayram tonqalını alovlandırıb, tonqal ətrafında həmrəylik, sevinc və birliyi simvolizə edən qədim yallı rəqsi oynanılıb.

Həmçinin ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq "Dilbaz Atçılıq Kompleksi" MMC-nin komanda üzvlərinin iştirakı ilə keçirilən Çövkən milli atüstü oyunu maraqla qarşılanıb. Oyundan sonra Ağstafa rayonunu müxtəlif turnirlərdə layiqincə təmsil edən komandanın üzvlərinə xalqımızın minilliklər boyu qoruyub saxladığı atçılıq ənənələrinin yaşadılmasına və gənc nəslə çatdırılmasına dəstək olduqlarına görə minnətdarlıq edilib. Qeyd olunub ki, ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda turizmin inkişafına yüksək töhfə verən atçılıq sahəsi dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunur. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Mart 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri