Icma.az
close
up
RU
Ağstafada uşaqlar üçün Yeni il şənlikləri təşkil olundu FOTOLAR

Ağstafada uşaqlar üçün Yeni il şənlikləri təşkil olundu FOTOLAR

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Heydər Əliyev Mərkəzində saat 12:00 və 15:00-da keçirilən bayram şənlikləri Ağstafa Rayon İcra Hakimiyyəti və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağstafa rayon şöbəsi ilə birgə təşkil olunub. Bayram tədbirində şəhid və qazi övladları, xüsusi qayğıya ehtiyacı olan, eləcə də ev şəraitində təhsil alan uşaqlar, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

"Unikal" xəbər verir ki, tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, millət vəkilləri  Ülviyyə Ağayeva və Azər Əmiraslanov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müşaviri Elşad Novruzov çıxış edərək uşaqları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib, onlara dövlətimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğıdan, Vətənə layiqli övlad kimi qayğısız böyümələri, hərtərəfli inkişaflarının təmin edilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Qeyd olunub ki, uşaqların hərtərəfli inkişafının təmin olunmasına yönəldilmiş dövlət uşaq siyasətinin əsası hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müasir müstəqil Azərbaycanın qurucusu, əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır. Vətən və xalq üçün gərəkli vətəndaş kimi yetişmələrini hər zaman diqqətdə saxlayan Ümummilli Lider uşaqların ən böyük himayədarı, sevimlisi olub. Əminliklə qeyd edirik ki, Ulu Öndərin yaratdığı və gələcək nəsillər üçün miras qoyduğu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə azərbaycanlı uşaqların taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, onların rifah halının yaxşılaşdırılması ilə bağlı vacib proqramlar və layihələr reallaşdırılır. 

Bakı Bələdiyyə Teatrının nümayiş etdirdiyi “Qış nağılı” tamaşası, Şaxta baba və Qar qız, eyni zamanda, digər nağıl qəhrəmanları personajlarının iştirakı ilə keçirilən müxtəlif əyləncəli proqramlar uşaqların böyük sevincinə səbəb olub. 

Şənliklərdə iştirak edən 800 nəfər uşağa bayram hədiyyələri təqdim olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri