Icma.az
close
up
RU
Ağstafada şəhid övladları üçün Yeni il şənlikləri təşkil olunub FOTOLAR

Ağstafada şəhid övladları üçün Yeni il şənlikləri təşkil olunub FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Ağstafada şəhidlərimizin və qazilərimizn övladları, fiziki qüsurlu və aztəminatlı ailələrdən olan uşaqlar üçün Yeni il şənlikləri təşkil olunub. Bayram tədbirləri Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən birgə təşkil olunub. 

"Unikal" xəbər verir ki, əvvəlcə Ağstafa şəhərində yerləşən ictimai-mədəni istirahət məkanlarından birində şəhid övladları ilə görüş keçirilib. Görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov şəhidlərimizin ailə üzvlərini, qazilərimizi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə təbrik edərək qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, şəhidlərimizin qəhrəmanlığı sayəsində Vətənimiz tarixi azadlığına və suverenliyinə qovuşdu. Bu müqəddəs yolda şəhadətə qovuşan şəhidlərimizin Vətən sevgisi, xalqımıza bəxş etdikləri qürur və iftixar hissləri əbədi olaraq qəlblərdə alovlanacaqdır. Vətənimizi, torpaqlarımızı azad edərkən şəhid olan igid oğullarımızın bizə əmanət etdikləri övladları və hər bir ailə üzvü qüdrətli dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə olunur. Tədbirə təşrif buyuran Yeni il bayramının əsas qəhrəmanı Şaxta baba uşaqları təbrik edərək hər birinə bayram hədiyyəsi təqdim edib. 

Sonra Ağstafa rayon Heydər Əliyev Mərkəzində saat 12 və 15:00-da Bakı Bələdiyyə Teatrı tərəfindən təqdim olunan rəngarəng Yeni il şənliyində Şaxta baba və Qar qız, uşaqların sevimli nağıl qəhrəmanlarının personajlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar nümayiş etdirilib. 

Bayram şənlikləri uşaqların böyük sevincinə səbəb olub, onlarla xatirə şəkilləri çəkdirilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Dekabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see200

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see167

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see162

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see159

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see146

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri