Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı ilə birgə həbs olunmuş müavini Ramiz Tatarov azadlığa buraxılıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovla bağlı qərar verilib.
APA xəbər verir ki, Nizami rayon Məhkəməsində keçirilən prosesdə Ramiz Tatarovun vaxtından əvvəl, şərti olaraq azadlığa buraxılması barədə qərar elan olunub.
Qeyd edək ki, Ramiz Tatarov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi onun həbs müddətini 3 ay azaldıb.
Ali Məhkəmə isə təyin olunmuş cəzanı ağır hesab edərək Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirib.
Baxış sayı:107
Bu xəbər 11 Dekabr 2024 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















