Icma.az
close
up
RU
AHİK uşaqlar üçün bayram şənlikləri keçirir, sovqatlar paylayır Xəbər saytı Son xəbərlər və Hadisələr

AHİK uşaqlar üçün bayram şənlikləri keçirir, sovqatlar paylayır Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan həmkarlar ittifaqları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir, hədiyyələrlə sevindirir və onlara xoş ovqat bəxş edir.

Bayram tədbirləri uşaqların asudə vaxtlarının səmərəli, mənalı və maraqlı keçməsi məqsədi daşıyır. Bu dəfə də şəhid övladları diqqətdən kənarda qalmamış, şənliklərə onlar da qatılmışlar. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) "Alov Qüllələri" Kompleksindəki bayram şənliyində şəhid övladlarının iştirakını təmin edib.

Yüksək zövqlə al-əlvan bəzədilən və nağıllar aləmini xatırladan məkanda yeni tərtibatda hazırlanan proqram balaca iştirakçıların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səhnəyə gəlişi, şən zarafatları, uşaqlarla birlikdə yolka ətrafında yallı getməsi onları hədsiz sevincə qərq edib.

Biri-birindən gözəl rəqs və səhnəciklər, şux və oynaq mahnılar balacaları daha da şənləndirib və alqışlarla müşayiət olunub.

Şəhidlərimizin bizə yadigar qalan balaları onların ixtiyarına verilən əsl bayram əhval-ruhiyyəli məkanda rəqslərə qoşulub, şənlənib və unudulmaz anlar yaşayıblar. Mənalı istirahətləri və əylənmələri üçün yaradılmış şəraitdən razılıqları gülüş dolu çöhrələrindən sezilən şəhid övladlarına şənliyin sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bayram sovqatları da verilib.

Bundan əlavə, Azərbaycan həmkarlar ittifaqları tərəfindən paytaxtın başqa məkanlarında, həmçinin respublikamızın müxtəlif şəhər və rayonlarında, o cümlədən uşaq evlərində, internat məktəblərində təlim-tərbiyə alan, kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün şənliklər keçirilir və bu, qarşıdakı bayram günlərində də davam etdiriləcək.

Qeyd edək ki, bütün tədbirlərdə balacalara bayram sovqatları paylanılır.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri