Aİ ilə iqtisadi və investisiya sahələri üzrə əməkdaşlıq müzakirə edildi FOTO
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
COP29 çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.
Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşündə aparılıb.
Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib.
Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2024 06:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















