Icma.az
close
up
RU
Aİ İrəvana kömək edəcək Azərbaycan sərhədindən Türkiyəyə qədər...

Aİ İrəvana kömək edəcək Azərbaycan sərhədindən Türkiyəyə qədər...

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı regional nəqliyyat əlaqələrini inkişaf etdirmək və Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirmək məqsədilə, Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər strateji yol marşrutlarının hazırlanmasında İrəvana kömək edəcək.

“Yeni Sabah” xəbər verir ki, anlaşma memorandumu Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (EIB) və Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən Brüsseldə keçirilən "Əlaqə Gündəliyi üçün Platformalar" adlı yüksək səviyyəli tədbirdə imzalanıb.

Təşəbbüs sərhəd keçid məntəqələrini Ermənistanın yol şəbəkəsi ilə birləşdirəcək strateji Axurik-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 212 km) və Marqara-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 258 km) yol marşrutlarının inkişafına dəstək daxildir. Dominos pizza

"Birinci mərhələdə Avropa İnvestisiya Bankı bu yol layihələri üçün zəruri tədqiqatların əhatə dairəsinin müəyyənləşdirilməsində və mümkün həllər hazırlanmasında məsləhət dəstəyi göstərəcək. Layihələr Ermənistan hökumətinin "Kəsişmə Yolları" təşəbbüsü çərçivəsində həyata keçirilir və regional nəqliyyat əlaqələrinin inkişafını asanlaşdırmağa, Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirməyə və Avropa Birliyinin nəqliyyat infrastrukturunun inkişafı proqramını təşviq etməyə yönəlib", - Ermənistan Nəqliyyat və Kommunikasiya Nazirliyi bildirib.

Sənəd Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın Brüsselə səfəri zamanı imzalanıb.

O, əvvəllər Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kosla nəqliyyat və enerji sektorlarında davam edən proqramları müzakirə edib.

İyun ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin "regional əlaqələr bərpa olunduqca Ermənistanın infrastrukturunu və sərhəd keçidlərini dəstəkləməyə" hazır olduğunu bildirib.

Xudatyan Brüsseldə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu ilə görüşüb və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və dəmir yolu və avtomobil əlaqələrinin yenidən açılması imkanlarını müzakirə edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri