“Microsoft” çökdü Bu sistemlər işləmir
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Microsoft” şirkəti ABŞ, Böyük Britaniya, Yaponiya, Sinqapur və Avstraliya da daxil olmaqla, 74 ölkədə on minlərlə istifadəçiyə təsir edən genişmiqyaslı texniki kəsinti ilə üzləşib. Bağlantı problemləri səbəbindən “Outlook”, “Teams” və süni intellekt köməkçisi “Copilot” daxil olmaqla, bir çox “Microsoft 365” tətbiqinə giriş məhdudlaşıb.
“Qafqazinfo” xəbər verir ki, “Downdetector” platformasının məlumatına görə, nasazlıq cəmi bir saat ərzində 74 ölkəni əhatə edib və “Outlook”la bağlı şikayətlərin sayı 140 minə çatıb.
İstifadəçilər “Microsoft Exchange Online” sisteminə qoşula bilmədiklərini, təqvim tətbiqlərindəki bəzi məlumatların görünmədiyini bildiriblər.
Ən azı 8 saat davam edən nasazlıqdan sonra “Microsoft” “X” platformasında açıqlama yayaraq problemin bir çox serverin gözlənilmədən oflayn rejimə keçməsi və qalan infrastrukturun həddindən artıq yüklənməsi səbəbindən baş verdiyini bildirib. Sistemlərin bərpası istiqamətində müsbət nəticələrin əldə edildiyi qeyd olunub.
İnteqrasiya problemləri səbəbindən “OpenAI” və “Anthropic” şirkətləri də “Microsoft” xidmətləri ilə bağlantıda nasazlıqların yarandığını təsdiqləyiblər.
Baxış sayı:141
Bu xəbər 13 Noyabr 2026 07:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















