Aİ komissarı: Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Bizim Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində və Rusiya qazından asılılığımızın azaldılmasında mühüm rol oynayır.
“APA-Economics” xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.
O, Azərbaycandan kəmərlə gələn qazın növbəti illərdə Avropa İttifaqının xalis sıfıra keçid prosesində mühüm rol oynayacağına ümidvar olduğunu qeyd edərək deyib: “Bu səbəbdən ticarət sahəsində əməkdaşlığımızın həcmini artırmaq istəyirik. Eyni zamanda, həmin dəhlizin əməliyyatlarına nəzarət, qaz sektorunda təkmilləşdirmə işlərinin aparılması, enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik enerji şəbəkəsinin inkişafı bizim əsas məqsədlərimiz arasındadır. Lakin fəaliyyətimiz yalnız böhranın idarə edilməsi ilə məhdudlaşmır – biz gələcək üçün strateji yollar müəyyən etməliyik. Bu baxımdan, Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında yaşıl enerji dəhlizinin inkişafı bizim üçün prioritet məsələlərdən biridir. Bu sahədə müxtəlif ideyalar, texnologiyalar və marşrutlar mövcuddur. İndi əsas vəzifəmiz bu perspektivli ideyaları bir araya gətirərək yaşıl enerji dəhlizinin səmərəli fəaliyyətini təmin etməkdir. Bu istiqamətdə böyük potensial və əməkdaşlıq ruhu mövcuddur və hər iki tərəf bu təşəbbüsdə maraqlıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 04 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















