Icma.az
close
up
RU
Aİ missiyasına ehtiyac olmasa da...

Aİ missiyasına ehtiyac olmasa da...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Sülhə xidmət etməyən “binoklçılar” Qərbin bölgədə təxribatları üçün saxlanılır

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının (EUMA) gerçək məqsədi regionda sülhə töhfə vermək deyil. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir.

Bütün bunların fonunda Avropa İttifaqı missiyanın müddətini daha iki il uzatmağa qərar verib. Avropa İttifaq Şurasının yaydığı məlumata görə, İttifaq ölkələri EUMA-nın fəaliyyətinin 2027-ci ilin fevralın 19-dək uzadılması barədə razılıq əldə ediblər. Müşahidə missiyasına bu dövr üçün 44 milyon avrodan çox büdcə ayrılıb. “EUMA Avropa İttifaqının regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin mühüm tərkib hissəsidir. Missiyanın məqsədi yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insanların təhlükəsizliyinə töhfə vermək, mümkün olduqca Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək verməkdir”, - deyə məlumatda bildirilib.

Aİ Şurası, həmçinin missiyanın vəzifələrinin dəyişməz olaraq qaldığını vurğulayıb, EUMA-nın silahsız mülki missiya olduğunu və belə də qalacağını iddia edib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da missiyanın mandatının uzadılmasını “alqışlayıb”. “Missiya regionda sabitliyin dayaqlarından biri olduğunu sübut edib. Biz hər bir Aİ üzv dövlətinin dəstəyini və iştirakını yüksək qiymətləndiririk”, - deyə Mirzoyan “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, Markus Ritterin rəhbərlik etdiyi missiyanın beynəlxalq və yerli personal daxil olmaqla,  200-dən çox əməkdaşı var. Aİ missiyası müşahidəçiləri və mülki ekspertlər Avropa İttifaqına 25 üzv dövləti və NATO üzvü olan Kanadanı təmsil edirlər.

Missiya Fransa casuslarından ibarətdir

Ümumiyyətlə, Aİ-nin bu addımlarının əsas səbəbkarı rəsmi İrəvandır. Əgər erməni tərəfi razılıq verməsəydi, missiyanın müddəti uzadıla bilməzdi. Belə hallar isə bölgədə sülhün əldə edilməsinə mane olmaqdan başqa bir şey deyil. Bu baxımdan, Aİ missiyasının Ermənistanda qalma müddətinin uzadılması Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Bir müddət öncə daha bir qrup “müşahidəçinin” Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gələrkən, görünən mənzərə də bunu təsdiqləyir. Belə ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, həmin gün  sərhədə gələn 3 avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb. Sərhəd kəndə gələn avtomobillərdə 6 nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil. Bu isə onu deməyə əsas verir ki, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Beləliklə, Ermənistanı sülhdən yayındıran ən əsas xarici qüvvə sayılan Fransanın növbəti dəfə müharibə axtarışında olması, yeni eskalasiyalar arzulaması bir daha sübut olunur.

Rusiya Aİ missiyasının əleyhinədir

Xatırladaq ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyası 2022-ci il oktyabrın 17-dən fəaliyyət göstərir. Bununla bağlı liderlərin Praqa görüşündə razılıq əldə olunmuşdu. Azərbaycanın da razılığına əsasən 40 nəfərdən ibarət missiya iki ay ərzində Ermənistanda fəaliyyət göstərməli idi. Lakin sonradan Azərbaycanın razılığı olmadan Ermənistanla Aİ bu missiyanın fəaliyyətinin uzadılmasına və genişləndirilməsinə qərar verdilər. Azərbaycan missiyanın uzadılmasını və üzvlərin sayının artırılmasının regionda sülhə xidmət etmədiyi qənaətindədir. 

Digər tərəfdən, Rusiya da Aİ missiyasının Ermənistanda yerləşdirilməsinin əleyhinədir. Rəsmi Moskva Aİ missiyasının regionda kəşfiyyat məqsədilə yerləşdiyini dəfələrlə bəyan edib. 

Bütövlükdə, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb.

Bəs Aİ-nin missiyası sərhəddə konkret hansı işlərlə məşğul olub? O, sülhə töhvə verə bilibmi, yaxud da Ermənistanın hərbi təxribatlarının qarşını alıbmı? Əlbəttə, yox.  Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilər, eləcə də diplomatlarla birlikdə uzaqda Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Ötən dövrdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar.

Tərəflər birbaşa təmaslara üstünlük verirsə...

Baş verənlər onu deməyə əsas verir ki, həqiqətən də, regionda  belə bir missiyaya ehtiyac yoxdur. Çünki artıq Azərbaycan və Ermənistan birbaşa danışıqlara üstünlük verir. Eləcə də tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət komissiyalarının birgə işi haqqında sənədin imzalanması Aİ missiyasının Ermənistanda mövcudluğunu davam etdirməsinə lüzum olmadığını göstərir. Üstəlik, bugünlərdə Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyalar haqqında Əsasnaməni də təsdiqləyib.

Əldə edilən razılığa uyğun olaraq ötən il may ayında Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılıb. Belə ki, ikitərəfli dialoqun nəticəsi olaraq Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri ölkəmizə təhvil verilib. Mayın 24-də qeyd olunan kəndlərin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Bütövlükdə, hazırda hər iki tərəf hansısa kənar vasitəçi olmadan sərhədlərin delimitasiya və demarkasiyası işlərini davam etdirirlər. Bu işlərin nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac yoxdur. Bu baxımdan, Aİ-nin monitorinq missiyasına  da hər hansı zərurət duyulmur. Lakin Aİ müşahidə missiyasının müddətinin daha iki il uzadılması Ermənistanın Qərbin əlində alət olduğunu bir daha nümayiş etdirdi.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Fevral 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri