Aİ nin mövqeyi sülh prosesinə ziddir və etimadı zədələyir Fazil Mustafa
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycan Xarici İşlər Nazirliyi Brüsseldə Avropa İttifaqı (Aİ) və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı–Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinin bir sıra müddəalarının post-münaqişə reallıqlarını təhrif etdiyini və sülh prosesinə zidd olduğunu bəyan edib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, verilən müddəalar mahiyyət etibarilə böyük sülh sazişinin imzalanmasına maneə yaradır.
"Avropa İttifaqı isə bu məsələdə dərhal öz mövqeyini ortaya qoymalıdır. Çünki bu cür yanaşma hər şeydən əvvəl güvənsizlik və etimadsızlıq doğurur. Xüsusilə də Ermənistanla Azərbaycan arasında müəyyən dərəcədə irəliləyən etimad prosesinə ciddi ziyan vurur. Burada Avropa İttifaqı sanki tərəf kimi Ermənistanın maraqlarını qorumağa yönəlmiş mövqe sərgiləyir ki, bu da bizim üçün qəbuledilməzdir. Bu səbəbdən Xarici İşlər Nazirliyinin bəndlər üzrə konkret iradlarını ortaya qoyması tamamilə doğru addımdır. Düşünürəm ki, bundan sonra da bu istiqamətdə daha həssas olmalıyıq ki, belə beynəlxalq sənədlər gələcəkdə Azərbaycan üçün narahatlıq yarada biləcək addımlara səbəb olmasın. Bu müddəalar dərhal dəyişdirilməlidir. Əks halda, Avropa İttifaqı ilə münasibətlərdə səmimi əsaslardan danışmaq mümkün olmayacaq", - deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI
Baxış sayı:25
Bu xəbər 09 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















