Aİ nin xüsusi nümayəndəsi: Bakı və İrəvan arasında sazişin imzalanması regionda sabitliyə gətirib çıxaracaq
525.az saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
525.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onlar Cənubi Qafqaz regionundakı vəziyyət, xüsusilə də Ermənistan-Azərbaycan sülh prosesi barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsinin mətninin razılaşdırılmasının vacibliyini qeyd edib.
M.Qrono sazişin imzalanmasının vacibliyini vurğulayıb. Bunun regionda uzunmüddətli sülh və sabitliyə töhfə verəcəyinə əminliyini ifadə edib.
Tərəflər Ermənistan-Aİ münasibətlərinin gələcək inkişafı və təşkilatın dəstəyi ilə Ermənistanda həyata keçirilən islahatların səmərəli tətbiqinə dair məsələləri müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Aprel 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















