Aİ nin xüsusi nümayəndəsi: Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Mərkəzi Asiya müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlığı gücləndirməlidir".
Oxu.Az xəbər verir ki, bunu Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprais XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan xüsusi sessiyada deyib.
O bildirib ki, regionda ölkələrin sıx əməkdaşlığı bölgəyə fayda gətirə bilər:
"Mərkəzi Asiya Avrasiya qitəsinin ortasında yerləşir və qonşuluğunda müəyyən ölkələr var. Hansı ki o dövlətlərin də özünə görə çağırışları var. Bunun üçün də Mərkəzi Asiya ölkələri bir-birinə dəstək olmalıdırlar. İqlim, su mövzusu sözügedən coğrafiya üçün olduqca ciddi məsələlərdir. Ölkələr təcrübə mübadiləsi etməlidirlər. Azərbaycan da bu bölgə üçün önəmlidir. Təhlükəsizlik, idarəçilik, sabitlik, iqtisadi məsələr və s. sahələr üzrə Mərkəzi Asiya Azərbaycanla əməkdaşlığı genişləndirməlidir".
Məlik Məlikov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 14 Mart 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















