“Aİ ölkələrinin Çində keçirilən tədbirlərə qatılmaması böyük səhvdir” Slovakiyanın Baş naziri
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Avropa İttifaqı ölkələrinin liderlərinin İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümü ilə bağlı Çində keçirilən tədbirlərə qatılmaması böyük səhvdir.
Redaktor.az xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində yazıb.
Fitso özü Pekində keçirilən yubiley mərasimlərində iştirak edib.
Onun sözlərinə görə, Avropa İttifaqı dövlətlərinin ali nümayəndələrinin belə qlobal tədbirdə olmaması təəssüf doğurur.
“Əgər kimsə bu gün təcrid olunmuş vəziyyətdə qaldısa, o da Avropa İttifaqıdır”, - deyə Slovakiya hökumət başçısı vurğulayıb.
O həmçinin əlavə edib ki, suveren dövlətin başçısı olaraq, onun hara gedib-getməyəcəyini heç kim müəyyən edə bilməz.
Aytəkin TOFİQQIZI
Baxış sayı:69
Bu xəbər 04 Sentyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















