Aİ Rodriqesi qanuni lider kimi tanımır, lakin onunla qarşılıqlı əlaqəyə hazırdır
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa İttifaqı (Aİ) Venesuelanın yeni hakimiyyəti ilə - dünən and içmiş, prezident vəzifəsini icra edən Delsi Rodriqes ilə əlaqələri saxlamaq niyyətindədir.
Moderator.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
Bundan əlavə, o vurğulayıb ki, Aİ Delsi Rodriqesi və Nikolas Maduronu demokratik seçilmiş qanuni ölkə rəhbəri hesab etmir.
"Bununla belə, biz öz maraqlarımızı qorumaq və prinsiplərimizi müdafiə etmək üçün Venesuela hakimiyyəti ilə məqsədyönlü dialoq aparacağıq", - A.Hipper bəyan edib.
O, həmçinin qeyd edib ki, Venesuelanın indiki hakimiyyəti "xalqın demokratik dəyişikliklərə olan iradəsi nəzərə alınmadan keçirilmiş seçki prosesi" nəticəsində mandat alıb. Bu baxımdan, ölkənin gələcəyi müxalifətin iştirakı ilə demokratik keçidə aparan inklüziv dialoq əsasında qurulmalıdır.
Aİ nümayəndəsi Delsi Rodriqeslə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edən ABŞ-nin mövqeyi ilə ziddiyyəti şərh etməyib, həmçinin bunun Brüssel və Vaşinqton arasında Venesuela məsələsi ilə bağlı münasibətlərə necə təsir edə biləcəyini dəqiqləşdirməyib.
D.Rodriqesə qarşı sanksiyaların mümkün yenidən baxılmasından danışarkən Anita Hipper vurğulayıb ki, belə bir qərar Aİ-nin bütün üzv ölkələri ilə birgə qəbul ediləcək.
Baxış sayı:82
Bu xəbər 06 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















