Aİ səfiri: AZALın təyyarəsinin qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.
Bu barədə Avropa İttifaqının Aİ Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” platformasındakı paylaşımında bildirib.
"Bu gün Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda təcili eniş zamanı qəzaya uğraması nəticəsində faciəvi şəkildə həlak olanlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik", - səfir qeyd edib.




Ceyhun Bayramov: ...xəbərini dərin kədər hissi ilə qarşıladıq
09 Dekabr 2024 17:18
Maya Sandu: AZALın təyyarəsinin qəzaya uğramasına görə dərin kədər hissi keçiririk KONKRET
25 Dekabr 2024 15:17
Xorvatiya Baş naziri: AZALın təyyarəsinin faciəvi surətdə qəzaya uğraması xəbərini dərin kədərlə qarşıladım
28 Dekabr 2024 19:16
“AZALın təyyarəsinin qəzaya uğraması məni çox kədərləndirdi”
25 Dekabr 2024 16:35
Bayden AZALın təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb
28 Dekabr 2024 07:46

