Icma.az
close
up
RU
Azərbaycan Konstitusiyasının yubileyi İtaliya Parlametində qeyd olunub

Azərbaycan Konstitusiyasının yubileyi İtaliya Parlametində qeyd olunub

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi çərçivəsində İtaliya Deputatlar Palatasında Azərbaycan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

XQ xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı Səfirliyindən məlumat verilib. İtaliya Parlamentinin üzvü Nazario Paqanonun təşəbbüsü ilə keçirilən konfransda Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, Azərbaycan - İtaliya Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupun sədri, deputat Azər Kərimli, İtaliya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Marko Skurria, Neapol Universitetinin “Federiko II” Elmi Komitəsinin sədri professor Sandro Staiano və Azərbaycan Parlamentində Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov çıxış ediblər.

Tədbirin əvvəlində deputat Azər Kərimli 12 dekabr tarixinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım günü olduğunu xatırladaraq, tədbir iştirakçılarını onun xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Konfransda çıxış edən natiqlər 12 noyabr 1995-ci ildə qəbul olunmuş və müasir Azərbaycan dövlətinin hüquqi və siyasi əsaslarını müəyyən edən Konstitusiyanın təhlili, tarixi əhəmiyyəti və simvolik dəyəri barədə fikirlərini bölüşüblər.

Təqdimatlar zamanı Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra keçdiyi inkişaf yolu, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsində Konstitusiyanın fundamental rolu, habelə multikulturalizm, qadınların cəmiyyətdə rolu və əsas vətəndaş hüquq və azadlıqlarının tanınması kimi fundamental dəyərlər xüsusilə qeyd edilib.

Çıxışlarda natiqlər, həmçinin Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etməsi, Qarabağ münaqişəsinin başa çatması və regionda sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunması istiqamətində atılan addımlar barədə də məlumat veriblər. Bu kontekstdə Konstitusiyanın dövlətçiliyin möhkəmləndirilməsi və post-münaqişə dövründə quruculuq proseslərinə hüquqi bazanın təmin edilməsi baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirdə habelə Azərbaycan və İtaliya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinə toxunulub. Bildirilib ki, bu münasibətlər yüksək səviyyəli qarşılıqlı səfərlərlə, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın builki Bakıya səfəri ilə daha da güclənib. Prezident Mattarellanın səfəri çərçivəsində İtaliya - Azərbaycan Universitetinin açılış mərasiminin keçirilməsi iki ölkə arasında təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə kimi qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Dekabr 2025 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri