Icma.az
close
up
RU
22 milyardlıq sərmayə: Qarabağ və Şərqi Zəngəzur dirçəlir

22 milyardlıq sərmayə: Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 

Vüqar Bayramov: Qarabağdan başlayacaq ixrac dalğası Azərbaycanın valyuta gəlirlərini artıracaq

Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur.

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında deyib. Baş nazir bildirib ki, cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri görülür: “Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılmışdır (2026 - 3.5 mlrd.manat). Bu vəsaitlərin böyük hissəsi infrastruktur layihələrinə yönəldilmişdir ki, iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir. Bunları nəzərə almalıyıq”. 

Ə.Əsədov əlavə edib ki, hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir: “Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21 faizini (8.7 mlrd.manat) təşkil edir. Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Və cənab Prezident tərəfindən Hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır”.Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesi ölkənin müasir inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilib. İllərlə işğal altında qalmış torpaqların yenidən dirçəldilməsi həm mühəndislik və tikinti layihələrinin icrası, həm də tarixi ədalətin bərpası, məcburi köçkünlərin doğma yurdlarına layiqli şəkildə qayıdışı və regionun təhlükəsiz gələcəyinin qurulması deməkdir. Tarixi Zəfərdən qısa zaman sonra işğaldan azad olunmuş ərazilərdə misli görünməmiş quruculuq işləri start götürdü. Yeni yollar tikildi, kommunikasiya xətləri bərpa edildi, beynəlxalq hava limanları istifadəyə verildi. Paralel olaraq "İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı"na uyğun olaraq yaşayış məntəqələrinin tikintisi aparıldı. İşğaldan azad olunmuş ərazilərin iqtisadi və inzibati reinteqrasiyasını sürətləndirmək məqsədilə ölkənin inzibati ərazi quruluşunda dəyişikliklər edilərək Mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu (ərazisi: 1660,83 kv.km) yaradıldı. Eyni zamanda Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklər aparıldı, bəzi kəndlərin inzibati tabeliyi faktiki yerləşdikləri rayonlara uyğunlaşdırıldı. Torpaqların işğaldan azad edilməsindən cəmi iki il sonra ilk köç Zəngilanın Ağalı kəndinə baş tutdu. "Ağıllı kənd" konsepsiyasını özündə ehtiva edən bu yaşayış məntəqəsi ən son innovativ həllərdən istifadə olunmaqla ən yüksək səmərəlilik meyarları ilə inşa edildi. Kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində hər biri 212 kVt olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed Turbini tipli su elektrik stansiyası inşaat edilib. Əlavə olaraq, inzibati binaların üzərində qoyuluş gücü 325 kVt olan fotovoltaik günəş panelləri yerləşdirilib. İsidilmə xərclərini və istixana qazlarının emissiyasını azaltmaq məqsədilə evlərdə kombinə edilmiş istilik sistemi, odun və briket ilə işləyən mətbəx sobası və yüksək səmərəli elektrod boyler, digər tərəfdən suyun isidilməsi üçün yaşayış evlərinin üzərində günəş kollektorları quraşdırılıb. Çirkab suların bioloji emal prosesi ilə təmizlənməsi sayəsində ildə 41 000 kubmetr texniki su əldə edilə bilər. "Ağıllı kənd"də evlərin xarici divarlarının tikintisində termobloklardan, tavan və döşəmələrinin tikintisində xüsusi izolyasiya materiallarından istifadə edilib. İzolyasiyalı evlərin sayəsində istilik itkisi və enerji istehlakı əhəmiyyətli dərəcədə azaldılıb. Kənddə yüksək sürətli (GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) internet şəbəkəsi mövcuddur. Bu texnologiya vasitəsilə sürətli internet, telefon və İP TV xidmətləri təmin edilir. Əlavə olaraq, ərazidə "ağıllı" video müşahidə kameraları, LCD məlumat lövhələri, audio məlumatlandırıcı anons sistemi, Wi-Fi və avtomatik meteo müşahidə stansiyası olan çoxfunksiyalı işıq dirəkləri quraşdırılıb. Ağalı kəndinə tətbiq edilən yanaşma faktiki olaraq digər yaşayış məntəqələrinin bərpası üçün etalon rolu oynayır. Şəhərlərin planlaması müasir texnologiyalar və urbanistik meyarlar nəzərə alınmaqla hazırlanır. Onlar "ağıllı şəhər", "yaşıl enerji", "ekoloji balans" və "təhlükəsizlik" prinsipləri əsasında qurulur. Şəhərlər yaşayış zonaları, sosial obyektlər və sənaye parkları ilə balanslaşdırılmış olacaq, enerji təchizatı alternativ və bərpa olunan mənbələrə əsaslanacaq, müasir idarəetmə və nəzarət sistemləri tətbiq ediləcək. Bu günə kimi 8 şəhərin Baş Planı, 3 şəhərin Müfəssəl Planı təsdiq olunub. Xankəndi, Ağdərə və Xocavənd şəhərlərinin Baş Planları işlənmə mərhələsindədir, habelə Xocalı şəhərinin Baş Planı hazırlanaraq aidiyyəti dövlət orqanlarına (qurumlarına) razılaşdırılması məqsədilə göndərilib. Belə ki, 13 rayon üzrə 123 yaşayış məntəqəsi sifariş verilib, 8 şəhərin Baş Planı və 93 kənd və qəsəbənin şəhərsalma əsaslandırması təsdiq olunub, 18 yaşayış məntəqəsi isə razılaşdırma mərhələsindədir. Prezident İlham Əliyevin dediyi kimi, "Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır". Şəhərlər və kəndlər yenidən qurulur, müasir infrastruktur formalaşdırılır. Füzuli şəhərində 2, 3 və 4 otaqlı olmaqla 846 mənzil istifadəyə verilib. Yaşayış binalarının birinci mərtəbələri qeyri-yaşayış obyektləridir ki, bu da müxtəlif təyinat üzrə sakinlərə icarəyə verilib. Şəhərdə marketlər, apteklər, dərzi, bərbər, geyim mağazaları, stomatoloji klinikalar, poçt, müxtəlif dövlət və özəl qurumların ofisləri fəaliyyət göstərir, 3 min 141 nəfərdən ibarət 824 ailə yaşayır. İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhərində beş məhəllə konsepsiyası üzrə tikinti işləri həyata keçirilir. Yaşayış binaları, məktəblər, körpələr evi, parklar və yollar inşa olunur. Rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə əhalinin köçü təmin edilib. Hazırda Ağdam şəhəri ilə yanaşı, rayonun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinin tikintisi həyata keçirilir. Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbəsi, eyni zamanda, Sos kəndinə sakinlərin köçü reallaşıb. Burada genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib, müxtəlif həcmlərdə su anbarları və içməli su şəbəkəsi təmir edilib. İctimai obyektlərin bərpası çərçivəsində isə market və restoran binası bərpa edilərək fəaliyyətə başlayıb. Hazırda Zəngilan şəhərində və Cəbrayıl rayonunun Şükürbəyli kəndində tikinti işləri yekunlaşmaq üzrədir. Cəbrayıl rayonunun Soltanlı, Qubadlı rayonunun Mahruzlu, Zilanlı, Zəngilan rayonunun Cahangirbəyli kəndlərində isə tikinti işləri davam etdirilir. 2026-cı ilin sonunadək 87 yaşayış məntəqəsinin (12 şəhər, 5 qəsəbə, 70 kənd olmaqla) bərpası nəzərdə tutulur. Bu günə kimi görülən işlərin icra tempi və keyfiyyət göstəriciləri yaxın gələcəkdə bütün Qarabağın və Şərqi Zəngəzurun müasir infrastruktura malik, investisiyalar üçün cəlbedici bölgələrə çevriləcəyini deməyə əsas verir.

Millət vəkili Vüqar Bayramov "Şərq"ə deyib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa, yenidənqurma və eyni zamanda məskunlaşma prosesi hazırda intensiv şəkildə həyata keçirilir. Deputatın sözlərinə görə, ötən dövrdə, bu istiqamətdə görülən işlərə dövlət büdcəsindən ümumilikdə 22 milyard manatdan artıq vəsait ayrılıb: "Dövlət büdcəsi hesabına işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması prosesi məskunlaşmanın sürətlənməsinə şərait yaradır. Artıq ötən müddət ərzində 50 minə yaxın vətəndaşımız bu ərazilərə qayıdıb, onlardan 16 mindən çoxu isə daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi həyatın bərpası və reinteqrasiya prosesi də uğurla davam etdirilir. Həmin bölgələrdə yeni sənaye müəssisələrinin qurulması, infrastrukturun inkişafı müşahidə olunur. Bu isə öz növbəsində, bu ərazilərin Azərbaycan iqtisadiyyatına töhfəsinin artmasına səbəb olur. Növbəti mərhələdə Qarabağ və Şərqi Zəngəzurun ölkənin iqtisadi inkişaf drayverlərindən birinə çevriləcəyi gözlənilir. Artıq bu istiqamətdə görülən işlər sürətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ərazilərin bərpası və inkişafı prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun sürətlə bərpası ilə yanaşı, həmin bölgələrə sərmayənin cəlb edilməsi də əsas prioritetlərdən biridir. İnfrastrukturun, nəqliyyat və logistikanın inkişafı Şərqi Zəngəzura daha çox sərmayənin yönəlməsinə şərait yaradır. Hazırda Şərqi Zəngəzur regionun mühüm nəqliyyat habına çevrilməkdədir. Sərmayələrin artması isə iqtisadi rayonun ixrac imkanlarını genişləndirəcək. Bu baxımdan Şərqi Zəngəzurun sənaye, aqrar və turizm sahələrində böyük potensiala malik olması xüsusi əhəmiyyət daşıyır. Bölgənin təbii ehtiyatlarla zəngin olması sənayenin inkişafı üçün əlavə imkanlar açır və Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verir". 

Deputat əlavə etdi ki, Şərqi Zəngəzur və Qarabağda istehsal edilən məhsulların mövcud nəqliyyat dəhlizləri vasitəsilə ixracı ölkəyə əlavə valyuta axını təmin edəcək: "Nəticə etibarilə, yaxın gələcəkdə qeyri-neft sektorundan əldə olunan gəlirlərdə Qarabağ və Şərqi Zəngəzur əsas drayverlərdən birinə çevriləcək. Bu isə həmin iqtisadi rayonlarda iqtisadiyyatın formalaşması və sürətli reinteqrasiya prosesinin göstəricisidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see233

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see229

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see226

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see226

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see225

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see223

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see212

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see201

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see201

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see198

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see195

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see190

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see185

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see182

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see179

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see177

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see176

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see170

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see170

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri