Icma.az
close
up
RU
Aİ səhvini başa düşdü Yeni

Aİ səhvini başa düşdü Yeni

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana gəlib. Prezident İlham Əliyevin qəbulunda olan Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq çox uğurludur və Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir.

Kallasın səfəri və cənab Prezidentlə görüşü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Onun Azərbaycana gəlişi iki ölkə arasındakı münasibətlər üçün vacibdir və bu səfər Azərbaycanla Aİ arasında yeni dövrün başlanğıcı sayıla bilər.

Uzun illərdir ki, Avropa İttifaqı Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edir. Amma bəzi hallarda bu münasibətlərdə soyuqluq və anlaşılmazlıqlar olub. Kaya Kallasın bu səfəri göstərdi ki, Avropa İttifaqı artıq Azərbaycanla daha sıx və dost münasibət qurmaq istəyir. Onlar əvvəlki dövrlərdəki yanlış düşüncələrdən uzaqlaşır və Azərbaycanı olduğu kimi qəbul edirlər.

Səfər zamanı Avropa İttifaqı Azərbaycanın bölgədəki rolunu açıq şəkildə tanıdığını göstərdi. Xüsusilə enerji sahəsində. Azərbaycan bu gün Avropanın 10 ölkəsinə qaz ixrac edir. Bu, o deməkdir ki, Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır. Avropa İttifaqı da bunu qəbul edir və qiymətləndirir.

Görüş zamanı bərpaolunan enerji ilə bağlı əməkdaşlıq imkanları məsələsinə də toxunulub. Xəzərdə külək enerjisinin böyük potensialı və bu enerjinin Trans-Xəzər yolu ilə Avropaya ötürülməsi planları göstərir ki, Azərbaycan və Aİ təkcə qazla kifayətlənmir, daha geniş və gələcəyə yönəlmiş enerji planları qururlar.

Prezident bildirdi ki, Ermənistanla münasibətləri birbaşa və ikitərəfli şəkildə həll etməyə çalışırlar. Bu da Azərbaycanın bölgədə sabitliyin əsas tərəflərindən biri olduğunu Avropa İttifaqına bir daha göstərib.

Bu səfərin nəticələri göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni dövr başlayır. Bu dövr yalnız enerji sahəsində deyil, həm də geosiyasi, nəqliyyat və təhlükəsizlik məsələlərində də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını təmin edir. Kaya Kallasın səfəri Aİ-nin Azərbaycanın bölgədəki əhəmiyyətini tam şəkildə qəbul etdiyini və bu münasibətləri yeni reallıqlara uyğun şəkildə inkişaf etdirməyə hazır olduğunu göstərdi. Səfərdən aydın olur ki, Avropa İttifaqı Azərbaycanla əlaqələri yalnız enerji sahəsi ilə məhdudlaşdırmaq fikrində deyil və onlar münasibətləri daha geniş sahələrdə inkişaf etdirməyə hazırdır.

İslam
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Aprel 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see274

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see253

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see242

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see239

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see207

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see198

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see195

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see189

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see180

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see175

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see173

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see171

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see166

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see163

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see163

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see156

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see155

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri