Aİ Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya ilə dialoqun vacib olduğunu anlayır
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə "Il Fatto Quotidiano" qəzeti məlumat verir.
Qəzetin məlumatına görə, Avropa Komissiyası (AK) ilk dəfə olaraq münaqişənin diplomatik yolla ilə həll oluna biləcəyini təsdiqləyib.
Məqalədə qeyd olunur ki, əvvəllər bu cür ifadələr yalnız "Kiyevə iqtisadi yardımın davam etdirilməsi, silah təchizatı və genişmiqyaslı yenidən silahlanma planı"nı nəzərdə tuturdu.
Qəzet Avropa Komissiyasının sözçüsü Paula Pinhonun sözlərinə istinadən bildirir ki, "müəyyən bir məqamda danışıqlar hələ də aparılmalıdır, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə".
Daha əvvəl Fransa Prezidenti Emmanuel Makron da Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirib. O, vurğulayıb ki, Amerikalı danışıqçıların avropalılar olmadan Ukraynadakı müharibənin dayandırılması barədə Rusiya ilə razılaşma şərtlərini müzakirə edildiyi hazırkı danışıqlar formatı "optimal deyil".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Makronun açıqlamalarını şərh edərkən bildirib ki, Moskva həmişə dialoqa açıqdır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 14 Yanvar 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















