“İki dövlətin sayəsində yeni dünya nizamının yeni yolları açılacaq...”
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
“34 il əvvəl türk XİN Azərbaycanla diplomatik münasibətlər qurduğunu açıqladı. Hazırda dünyada elə bir model tapmaq mümkün olarmı ki, Ankara-Bakı qardaşlığını təkrar edə bilsin. Zəfərin əldə edilməsi, Bakı paradı, Şuşa Bəyannaməsi, BTC, Türk Dövlətləri Təşkilatı və nəhayət, Zəngəzur dəhlizi. İki böyük lider əl-ələ verib, od çəmbərinin ortasında sabitlik adası qurublar.Zəngəzur dəhlizi ilə yüz illik tarixin gedişatını dəyişdirib, şərqi- qərbə, şimalı - cənuba bağlayacaqlar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, türk dünyasının birləşmək üzrə olduğunu deyib:
“Orta Asiyanın inanılmaz insani və maddi resursu Qafqazlardan keçərək Anadolu ilə birləşəcək. İki liderin çiynində amansız müharibələrlə keçən türk imperiyalarının tarixinin, düşmənliyinin belə dəyişdirilməsi missiyası daşınır. Dünyanın üçüncü böyük ekonomisinə doğru gedirlər. Parçlanan dünyada birləşən türk elllərinin 34 illik yaşıdır əslində. Zaman bizə şahid olsun!İKi qardaşın sıx tutan əli hələ çox şanlı tarixi mərhələlərə meydan olacaq! Bir də bu var: Türkiyə və Azərbaycansız gələcək dünya, hava və su qədər lazım olan yollar mümkün deyil. İki dövlətin sayəsində yeni dünya nizamının yeni yolları açılacaq. Tarixdə ilk dəfədir ki, dünya quruculuğunda iştirak edirik”.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 14 Yanvar 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















