Aİ Ukraynadakı qətlllərdə iştirak edən Rusiya rəsmilərinə qarşı tribunal yaratmaq üçün 10 milyon avro ayırıb
Icma.az, Oxumeni.az portalına istinadən məlumat yayır.
Avropa Birliyi Ukraynadakı döyüşlərdə "Rusiya liderlərini rollarına görə mühakimə etmək" üçün xüsusi tribunal yaratmaq üçün ilk 10 milyon avro ayırdığını Avropa Birliyinin xarici işlər naziri Kaja Kallas bildirib.
"Onlar məsuliyyətə cəlb olunmalıdırlar. Cəzasızlıq ola bilməz", Kallas sosial media platforması X-də yazıb. O, paylaşımında Avropa Şurasının baş katibi Alen Bersetin hesabına istinad edərək əlavə edib ki, təşkilatla "müqavilə imzalamaqdan məmnunluq duyuram".
2025-ci ilin oktyabr ayında cənab Berset tribunalın yaradılması üçün hazırlıq işlərinin başlandığını elan etdi. O, Avropa Şurasının "bütün zəruri komponentləri - hüquqi sənədləri, infrastrukturu və personalı hazırlamaq üçün qabaqcıl komandanı işə salmağa" hazır olduğunu bildirib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 23 Yanvar 2026 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















