Aİ95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Aİ-95 markalı benzinin bir neçə aydır ki, Azərbaycanda istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Rauf Qurbanov deyib.
O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar sırasına daxil edilməyib:
“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”

Aİ95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək
19 Noyabr 2024 10:23

