Icma.az
close
up
RU
Zakir İbrahimov: “AzerGold” 2030 cu ilədək illik dövriyyəsini 1 mlrd. manata çatdırmağı hədəfləyir

Zakir İbrahimov: “AzerGold” 2030 cu ilədək illik dövriyyəsini 1 mlrd. manata çatdırmağı hədəfləyir

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“AzerGold” QSC 2030-cu ilədək illik dövriyyəsini 1 mlrd. manata çatdırmağı hədəfləyir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin iştirakı ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, bu məqsədlə strateji layihələrin maliyyələşdirilməsində daxili gəlirlərdən və borc vəsaitlərindən, həmçinin özəl investisiyalardan istifadəyə üstünlük veriləcək.

“Əsas məqsədimiz gəlir və məşğulluq göstəricilərinə görə “AzerGold”u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir”, - deyə Zakir İbrahimov qeyd edib.

Onun sözlərinə görə, şirkətin qızıl hasilatı, gəlirləri, EBITDA göstəricisi və vergi ödənişləri fəaliyyət dövrü ərzində davamlı artıb.

“Qızılın hasilatı 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb. Gəlirlər 3,5 dəfə yüksəlib. Ümumi gəlirlərin 92%-i ixracdan, 8%-i isə daxili bazarda satışdan formalaşır”, - deyə İdarə Heyətinin sədri bildirib.

O qeyd edib ki, 2019-cu ildən qızıl və gümüş məhsullarının istehsalına başlanılıb və daxili pərakəndə satış əlavə dəyər mənbəyinə çevrilib.

Zakir İbrahimovun sözlərinə görə, şirkətin EBITDA göstəricisi 2017-ci ildəki 46 mln. manatdan 2025-ci ildə 260 mln. manata yüksəlib. Bu, təxminən 6 dəfə artım deməkdir.

“EBITDA marjası orta hesabla 50%-dən yüksək olub. Eyni zamanda, şirkətin vergi ödənişləri 15 dəfə artıb”, - deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Sentyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri