Aİdən Trampa mesaj: ABŞdan əsas gözlənti odur ki...
Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yanvarın 20-də vəzifəsinin icrasına hazırlaşdığı bir vaxtda onunla müsbət qarşılıqlı əlaqəni səbirsizliklə gözlədiyinə dair mesaj göndərib.
Publika.az xəbər verir ki, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının sədri Antonio Kosta “X” hesablarından eyni mesajı paylaşıblar.
“ABŞ ən yaxın tərəfdaşlarımızdan biridir və biz transatlantik bağı gücləndirməkdə qərarlıyıq. Aİ üçün əsas demokratik dəyərlərimizi qorumaq və gücləndirmək, iqtisadiyyatımızı daha rəqabətqabiliyyətli və dayanıqlı etmək, qlobal tərəfdaşlıq şəbəkəmizi genişləndirmək və təhlükəsizliyimizə daha çox sərmayə qoymaq vacibdir.
Biz ABŞ-ın gələcək administrasiyası ilə ümumi dəyərlərimizə və ortaq maraqlarımıza əsaslanan müsbət əlaqəni səbirsizliklə gözləyirik. Çətin dünyada Avropa və ABŞ birlikdə daha güclüdür", - deyə birgə bəyanatda qeyd olunub.
Roza
Baxış sayı:111
Bu xəbər 10 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















