Icma.az
close
up
RU
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər?

Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bugünlərdə Türkiyə Prezidenti Ərdoğan gənclərə müraciətində bildirib ki, evliliyə ilk addımını atan gənclərə 2 il güzəştli 150 min lirə faizsiz kredit dəstəyi təklif ediləcək. 

O qeyd edib ki, yeni evlənənlərə verilən faizsiz kredit dəstəyi 81 əyalətin hamısında həyata keçiriləcək: 

“Bizim doğum sayı və əhali artımı həyəcan təbili çalır. 2001-ci ildə doğum nisbətimiz 2,38 olduğu halda, bu gün bu rəqəm 1,51-ə düşüb. Əhalinin illik artım tempi 2023-cü ildə mində 1,1-ə düşüb. 

Uşaq və gənclərimizin sayı azaldığı halda, tariximizdə ilk dəfə olaraq yaşlı əhalimiz 10 faizi ötüb. Türkiyə gənc və ixtisaslı əhali baxımından qan itirməkdədir. Lazımi tədbirləri görməsək və siyasəti həyata keçirməsək, problem düzəlməz həddə çatacaq. 

Biz bu təhlükəni 20 il əvvəl hiss etdik. 2007-ci ildə biz ən azı 3 uşağa çağırış etmişdik ki, diqqəti doğumun azalmasına və əhalinin artım tempinə cəlb edək. Əhalinin planlaşdırılması adı altında aparılan araşdırmaların gizli məqsədlər güddüyü bildirilir. İnanıram ki, zaman bizi bu məsələdə təsdiqləyəcək. Ən azı 3 uşaq çağırışımızı bir daha bildiririk. Ailə cəmiyyətin təməlidir, bizim ən qədim və ən köklü institutlarımızdan biridir”. 

Qeyd edək ki, Azərbaycanda da son illər ailə qurmaq istəyən gənclərin sayı azalmaqdadır. Bu gün vətəndaşlar gənc yaşda evlənməyə üstünlük vermirlər. Bu isə müəyyən problemlərə yol açır, o cümlədən doğum sayına da öz təsirini göstərir. Gənclər gec ailə qurmanın səbəbini müxtəlif amillərlə, əsasən də sosial problemlərlə əlaqələndirirlər. Ölkəmizə də ilk dəfə ailə quran gənclərə faizsiz kredit, ucuz ev verilməsi kimi layihələr həyata keçirmək mümkündürmü? 

Məsələ ilə bağlı sosioloq Rəşad Əsgərov ”Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, hazırda ölkədə sosial yardım, işsizlik müavinəti, məşğulluqla bağlı yardımlar azdır: 

“Belə olan halda inanmıram ki, hələlik ev almaq, ailə qurmaq, daşınan əmlak almaq üçün gənclərə hansısa yardımlar həyata keçirilsin. Ən yaxşısı odur ki, biz Avropa Sosial Xartiyasına qoşulmuşuq. Bu xartiyaya əsasən minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi həcmində olmalıdır. Hələ biz bunu reallaşdıra bilməmişik. 

Bu halda insanlara faizsiz kredit vermək, ev almaq, yaxud nikaha təşviq eləmək kimi ehtimalı  aşağıdır. Bu ancaq ideya formasında ola, nəzəriyyədə öz əksini tapa bilər. Ancaq reallaşdırmaq hələ ki, qeyri-mümkündür. Bu haqda danışmaq da insanlarda belə fikir formalaşdıra bilər ki, yaxın bir neçə ildə tətbiq olunacaq”. 

Hmsöhbətimiz bildirib ki, ölkədə  daha çox özəl bank sektoru inkişaf edib:

“Onlar da daha çox öz maraqlarını güdür və yaxud daha çox rentabelli olmağa çalışırlar. Özəl sektorun vətəndaşlara faizsiz kredit verməsi və yaxud dövlət büdcəsindən müəyyən vəsaitin ayrılması qeyri-mümkün görünür”.

 Sosioloqun sözlərinə görə, əvvəllər nikaha girən cütlüklərin yaş həddi regionlarda daha aşağı, şəhərdə isə yuxarı olurdu:

“Ailədə bir neçə uşaq dünyaya gələndən sonra fikirləşirdilər ki, hansısa peşəsi də olmalıdır, sonra təhsil almağa yönəlirdilər. Ancaq sonrakı dövrdə insanlar Qərbi Avropa, yaxud qonşu ölkələrin təcrübəsini öyrənməklə fikirləşdilər ki, əvvəl maariflənək, təhsil alaq, sonra evlənək. 

Bu isə həm regionlarda, həm də paytaxtda nikah yaşının artmasına səbəb oldu. Sonrakı mərhələdə bu, daha böyük miqyas aldı. İnsanlar artıq karyera qurmaq, öz ayaqları üzərində durmaq, gəlir biznesi təşkil etmək barədə düşündülər və bundan sonra evlənməyə üstünlük verdilər. Bu da oğlanlar arasında nikah yaşını 30-a , qızlar arasında 24-25 yaş, şəhərlərdə isə daha yuxarı həddə yaxınlaşdırdı. 

Eləcə də bəzi insanlar əməkhaqqı rentabelli olmadığına görə evlənmək istəmir,  fikirləşir ki, gəliri heç özünü dolandırmağa çatmır. O zaman evləndikdən sonra ikinci, yaxud üçüncü ailə üzvünü necə saxlayacaq. Buna görə evlənmə yaşı həmin tendensiya ilə artır.

Bu gecikmə də gənclər arasında nikaha meyilliyi, tez ailə qurmaq meylini aşağı salır. Bu tendensiya artıq Avropa ölkələrində geniş vüsət alır, biz də orta göstərici ilə onlara yaxınlaşırıq. 

Azərbaycanda da nikaha girənlərin sayında azalma var. Bunun da səbəbini sosial problemlərlə, məşğulluqla, gəlirlərin azlığı ilə əlaqələndirilir. Müəyyən ailələrdə psixoloji, ailə problemləri də var. Ancaq əksəriyyətdə sadalanan məsələlələr özünü göstərir ki, bu da nikaha girənlərin azalmasına səbəb olan amillərdəndir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:351
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri