Icma.az
close
up
RU
Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib

Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Ailə və icma məsələlərində yerli özünüidarəetmənin təsir mexanizmləri” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları (ABMA) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət qurumlarının nümayəndələri, bələdiyyə sədrləri, Akademiyanın müəllim heyəti, elm xadimləri və media nümayəndələri iştirak ediblər.

Konfransın keçirilməsində əsas məqsəd ailələrin icmalarda dəstəklənməsi, bərabər imkanların təşviq edilməsi, əməkdaşlığın genişləndirilməsi və bu fəaliyyətin icrasına effektiv yanaşmanın təmin olunmasının müzakirə edilməsidir.

Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında imzalanacaq Anlaşma Memorandumunun vaxtında atılan addım olduğunu bildirib. Qeyd edib ki, bu istiqamətdə məlumatlandırma və maarifləndirmə işini artırmaq lazımdır.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ailənin cəmiyyətin təməl daşı, milli və mənəvi dəyərlərimizin daşıyıcısı olduğunu bildirib. Qeyd edib ki, ailə cəmiyyətin sağlamlığının göstəricisi, gələcək nəsillərin formalaşdığı əsas sosial vahiddir. Sürətlə dəyişən müasir dövrün çağırışları - urbanizasiya, sosial təcrid, iqtisadi çətinliklər, dəyərlər böhranı və informasiya təzyiqləri ailənin sabitliyinə və funksionallığına birbaşa təsir edir. Bu dəyişikliklər ailə modelinin özündə, münasibətlərdə və sosial dəstək ehtiyaclarında da özünü göstərir.

Komitə sədri bu məsələdə bələdiyyələrin rolunun ön plana çıxdığını qeyd edib. Diqqətə çatdırıb ki, bələdiyyələr gənc ailələrin dəstəklənməsi məsələsinə kömək edə, həmçinin risk altında olan həssas ailələrin monitorinqini apara, bunun səbəblərini araşdıra bilərlər.

Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının Əlaqələndirici koordinatoru Aydın Muradov tərəfindən Anlaşma Memorandumu imzalanıb.

Memorandum ailə və gender məsələlərinin dövlət siyasətinin prioritetlərindən olduğunu nəzərə alaraq, tərəflər arasında növbəti 3 il ərzində birgə fəaliyyətin həyata keçirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri