Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Ailədə 2 dildə danışmayın! Bu uşağın nitqində problemlər yaradır!

Ailədə 2 dildə danışmayın! Bu uşağın nitqində problemlər yaradır!

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir.

Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: "Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba azərbaycan dilində danışır.

Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam...” .

Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər.

Bəs bu halda nə etməli? Əgər, siz ailənizdə iki dil istifadə edir və hər bir istifadə etdiyiniz sözləri, uşağınıza başa salırsınızsa, tərcümə edirsinizsə, doğru yoldasınız. Əgər yuxarıda göstərildiyi kimi ana rus dilli, digər ailə fərdləri azərbaycan dilində danışırsa, bu zaman uşağın bağça və ya loqopedi azərbaycan dilində olması məsləhətlidir. Ancaq bir məsələ var ki, əgər uşaqla 2 il müddətində rus dilində danışılıbsa, onu tam yığışdırmaq olmaz.

Çünki istəsək də bunu edə bilmərik və bacarmarıq. Uşağın nitqində mütləq rus dilli sözlər qalır. Uşaq ya salam verəndə, ya sağollaşanda və ya dərs müddətində, rus dilli sözləri istifadə edəcək. Ona görə də həmin anda uşağın istifadə etdiyi sözləri ona tərcümə edərək, başa salaraq, möhkəmləndirmək lazımdır. Məsələn uşağa kökü göstərdikdə, "morkovь" deyirsə, ona bunu həm kök, həm "morkovь" kimi öyrətmək lazımdır. Və hər dəfə uşaq "morkovь" dedikdə, onu başa salaraq bunun rus dilində olduğunu, demək lazımdır.

Bəs evdə valideynlər nə etməlidilər ? Məhz belə hallarda mənim şəxsən hər bir valideynə tapşırığım bu yöndə olur ki, uşağın nitqi açılıb formalaşana kimi mümkün dərəcədə azərbaycan dilində danışsınlar. Əgər uşaq danışmağa başladıqda rus dilində sözlər deyirsə və ya siz valideynlərindən rus dilində söz eşitdiyi zaman onu yönləndirməyə çalışın başa salın ki, bu eşitdiyin rus dilidir və bu söz bu anlama gəlir. Bəzən valideynə elə gəlir ki, " əşi, uşaqdır, o, nə başa düşür?". Amma bu adi görünsə də, diqqət edilməsi gərəkən məqamlardır.

Çünki edilmədikdə mənfi nüanslar yaradır. Əgər uşağınız dil açanda ona tərcümə edərək, hər iki dildən istifadə etsəniz uşağın nitqi ilə bağlı problem yaşamayacaqsınız. Lakin bu təbii ki mütəxəssis kimi məsləhət gördüyüm, alternativ variantdır. Yəni bu o demək deyil ki, iki dil istifadə etmək lazımdır. Yenə də bildirirəm ki, uşağın nitqi açılıb formalaşana kimi, bir dildən istifadə etmək daha məqsədyönlüdür.

Bəsirə Pənciyeva, loqoped

Ailem.az

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see948

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see405

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see356

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see344

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see321

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see274

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see255

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see218

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see217

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see213

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see212

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see207

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see207

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see205

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see203

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see189

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see185

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see180

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri