Icma.az
close
up
RU
Ailədə tərəflərdən birinin daha çox qazanması hansı problemlərə səbəb olur? AÇIQLAMA

Ailədə tərəflərdən birinin daha çox qazanması hansı problemlərə səbəb olur? AÇIQLAMA

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

İqtisadi durum ailə münasibətlərinə təsirsiz ötüşmür. Xüsusən də gəlir fərqlilikləri evli cütlüklər arasındakı münasibətlərdə mühüm rol oynayır.Çox qazanan özünü daha dominant hiss edir.


Bəs gəlir fərqliliyi münasibətlərdə nə kimi problemlər yarada bilər?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Ləman Məmmədova bildirib ki, gəlir fərqliliyi bir tərəfin digərinə nisbətən daha çox qazanc əldə etməsi deməkdir:


"Gəlir fərqliliyi, ilk növbədə maliyyə gərginliyinə səbəb ola bilər. Yüksək gəlirli tərəf bəzən digərini iqtisadi cəhətdən asılı hiss edir və bu da münasibətə zərər verir. Gəlir fərqliliyi ilə bağlı yaranan narahatlıq cütlüklər arasında mübahisələrə və ya hətta emosional uzaqlaşmaya səbəb ola bilər.  Bu vəziyyət tərəflər arasında psixoloji təzyiq yaradır.Bu hal münasibətlərdəki güc dinamikalarını dəyişdirə bilər. Yüksək gəlirli tərəf peşə və şəxsi həyatında daha çox liderlik gücünə sahib olur. Həmçinin gəlirli tərəf özünün daha "üstün" və "güclü" olduğunu düşünərək, digər tərəfə qarşı sərt və nəzarətçi bir mövqe sərgiləyir. 


Psioxoloq qeyd edib ki, az gəlirli tərəf özünü sosial və ya şəxsi cəhətdən zəif hiss edir:


"Bu, şəxsi inam və münasibətlərə mənfi təsir göstərir. Gəlir fərqliliyinin mənfi təsirlərini azaltmaq üçün düzgün ünsiyyət çox vacibdir. Bu məsələyə yanaşarkən, tərəflərin bir-birinə hörmət və anlayış göstərməsi vacib amillərdən biridir. Bu cür vəziyyətlərdə tərəflərin iş və karyera baxımdan bir-birinə dəstək verməsi münasibətin sabitliyini qorumağa kömək edir. Evli cütlüklər arasında gəlir fərqliliyi münasibətlərdə gərginliyə və emosional təzyiqlərə səbəb olsa da, bu, sağlam ünsiyyət, qarşılıqlı dəstək və anlayışla həll edilə bilən bir problemdir. Hər iki tərəf gəlir fərqliliyinin yaratdığı təzyiqi qarşılıqlı hörmət və anlayışla idarə etməyə çalışmalıdır. Əgər bu məsələyə düzgün yanaşılarsa, gəlir fərqliliyi münasibətə daha az təsir göstərəcək və tərəflər arasında daha sağlam və balanslı bir əlaqə yaranacaq".


Ülkər Abdurahmanlı
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 Fevral 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri