AK nümayəndəsi: Vuçiçin mayın 9 da Rusiyaya səfəri Serbiyanın Aİ yə qəbulunu çətinləşdirəcək
Aznews.az saytına istinadən Icma.az xəbər verir.
Serbiya prezidenti Aleksandr Vuçiçin Moskvaya səfəri ölkənin Avropa İttifaqına (Aİ) daxil olması üçün mənfi nəticələr verə bilər.
Bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Qiyom Mersier Brüsseldə keçirdiyi brifinqdə məlumat verib.
"Onun [Vuçiçin] Moskvadakı tədbirdə iştirakı islahatların müzakirəsinə aparan yola və danışıqlarda növbəti addımlara təsir göstərəcək", - o , AŞ-nin audiovizual xidmətinin saytında deyib .
Mersier əlavə edib ki, Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Vuçiçə Moskvaya səfərinin nəticələrini izah edib. O, Serbiya prezidentinə xəbərdarlıq edib ki, onun mayın 9-da səfəri ölkənin Avropa İttifaqına daxil olmaq şanslarına mənfi təsir göstərə bilər.
Mövsüm
Aznews.az

Aleksandar Vuçiçin Azərbaycana səfəri başladı
11 Noyabr 2024 14:58
Leyen: Serbiyanın gələcəyi Aİ dədir
26 Mart 2025 16:25
Si Cinpin mayın 9 da Rusiyaya səfər edəcək
19 Fevral 2025 16:09
Şoyqu: Rusiya Serbiyanın Rusiyaya qarşı sanksiyalara qarşı çıxmasını yüksək qiymətləndirir
22 Mart 2025 15:54
Baydenin qərarı Trampın işini çətinləşdirəcək
18 Noyabr 2024 15:50

