Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Akademik ədəbiyyatşünaslıq fenomeni

Akademik ədəbiyyatşünaslıq fenomeni

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

O, ədəbiyyatda filosof, fəlsəfədə ədəbiyyatçı idi

XX əsrin unudulmaz zəka sahiblərindən olmuş Yaşar Qarayev haqqında bu yazıya başlaryarkən, nədənsə, illər öncə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində Yaşar Qarayevin xatirəsinə həsr olunmuş mərasimdə ədəbiyyatşünas Azadə Rüstəmovanın onun haqqında səsləndirdiyi və yaddaşıma hopmuş bir fikri xatırladım: “Savadlı olmadan savadlı kimi görünmək mümkündür, ağıllı olmadan ağıllı kimi də görünmək olar, ancaq ziyalılıq elə bir mənəvi dəyərdir ki, ziyalı olmadan ziyalı kimi görünmək mümkün deyil. Yaşar Qarayev əsl ziyalı idi”.

İndi, getdikcə bozlaşan, əqidə və inam bütövlüyünün azaldığı, mənəviyyatsızlıq sindromu yaşayan cəmiyyətimizdə bəlkə daha çox buna ehtiyac var: böyük ziyalı və ziyalılığa! Yaşar Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi özəllik, ilk növbədə, bənzərsiz zəkaya, fərqli düşüncəyə qadir olması ilə bərabər, ziyalılıq mədəniyyətinin bütün çalarlarını ədəbiyyatımıza ötürə bilməsi ilə ölçülməlidir. O, tədqiqata cəlb etdiyi məsələləri, ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri yeni əsaslar üzərində təşəkkül tapan ümumi düşüncə sistemimizin nəinki mühüm tərkib hissəsinə çevirə bildi, həmçinin ən yeni milli ədəbiyyat tarixinin əsasını qoydu. Özəl düşüncədən qidalanan özəl üslub, qanadlı romantikaya bürünmüş fikrin ifadə tərzindəki elmilik, ədəbi fakta, prosesə yanaşmada obyektivlik, elmi-analitik təhlil bacarığı sayəsində bütün yaradıcılığı boyu Yaşar Qarayev bədii-estetik fikri pozitiv ədəbi meyilləri və axtarışları ilə zənginləşdirdi.

Yaşar Qarayevin düşüncə hüdudları, qeyri-adi fəhminin gücü ona təqib etdiyi məsələlərə hadisələrin üfüqündən, pik nöqtəsindən nəzər yetirməyə imkan verdi. “Faciə və qəhrəman”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Realizm: sənət və həqiqət”, “Ədəbi üfüqlər”, “Meyar – şəxsiyyətdir” və s. kimi geniş spektrli, müxtəlif mövzulu tədqiqat istiqamətlərini ehtiva edən kitablarda Yaşar Qarayev dramdan danışanda dramaturgiyanın, tənqiddən bəhs edəndə tənqidin problemlərini yüksək elmi-nəzəri-metodoloji mövqedən təhlilə çəkdi, realizmin estetik prinsiplərindən, “renessans romantizminin varlığından” (N.Konrad) milli ədəbi-mədəni şüurun spesifik hadisəsi kimi bəhs etdi. Kim olursan – ol, öncə insan olmağı bacar – aksiomasını təlim, platforma səviyyəsində ədəbiyyata, humanitar elmə gətirib şəxsiyyəti meyar elan edən də Yaşar Qarayev oldu...

“Kim ki, insanı sevər, aşiqi hürriyyət olur. Bəli, insanlıq olan yerdə də hürriyyət olur” - Sabirin insanlıq fəlsəfəsindən yoğrulmuş bu misralarının Yaşar Qarayevin yaradıcı milli dühasının hər hüceyrəsinə hakim kəsildiyini görmək çətin deyil. Alimin 1996-cı ildə nəşr olunan “Tarix: yaxından və uzaqdan” fundamental toplusu bu fikirlərin bariz sübutudur. Kitab yalnız ədəbiyyatın tarixini deyil, həm də insanlığın tarixini, mənəvi-ədəbi irsdə kodlaşan dəyərlərini milli sərvət kimi reabilitasiya edib xalqa, yaddaşa ötürmək missiyasına xidmət edirdi. Diqqət etsək, alimin son yazılarının, məruzə mətnlərinin, hətta müsahibələrinin məğzinin insan dəyərlərinin önə çəkilməsinə kökləndiyini görərik. Bu, ədəbiyyatımızın hər zaman qayəsi olmuş insanşünaslıq, xalqşünaslıq kimi mənəvi keyfiyyətlərin təbliği istiqamətinin yeni modifikasiyada təqdimi deyildi. Bu, subardinasiyası pozulmuş cəmiyyətin, yeni başlanan postmodern epoxanın və qloballaşma nəhrinin dəhşətləri önündə heyrətdə qalan ruhun huzur, dinclik naminə etdiyi çabaların ifadəsi idi.

Hans-Ulrix Humbrextin fikridir: “Tarixi nöqteyi-nəzərdən keçmiş adlandırılan şey-bizim arxada qoyduğumuzun ölçüsüdür, o şeydir ki, indi ilə kəsişmir, ona müdaxilə etmir və məhz bu şərt daxilində, bilik kimi istifadə oluna bilir, o şeydir ki, obyektiv təcrübə məxəzi tək ona əsaslanıb. İndi, bu dəm gələcəyə yönəli qərarlar verir, fəaliyyətimizi qururuq”. Deməli, “bütün həyatımız boyu bizim “indi”dən başqa heç nəyimiz yoxdur” (Artur Şopenhauer). Amma bugünkü “indi” sabah üçün keçmişə dönəcək və bizdən yaşanan bu gün – indi üçün hesabat sorulacaq.

Yaşar Qarayev tarixin indi adlanan zaman kəsimindən dünəninə, uzaq keçmişinə rakurs etdi. “...qədimdən indiyə qədər, mifdən, folklordan müasir günlərə qədər Azərbaycan xalqı dünya ədəbi-bədii fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər və sərvətlərlə onu zənginləşdirib?” kimi suallara cavab tapmaq məqsədilə bədii-mədəni keçmişimizin bütün dövrlərini tədqiqat obyektinə çevirdi. Tarix yalnız yaddaşa və idraka yazılanda şüuru manqurtluqdan, sklerozdan xilas etmək mümkün olur, “ərazinin bütövlüyü də, hər şeydən əvvəl, yaddaşın böyüklüyü, qədimliyi və bütövlüyü ilə qorunur”.

Yaşar Qarayevin yaradıcı milli dühasında zaman kökünə və bütövlüyünə boylanaraq dildə daşlaşan və yaddaşlaşan tarixə döndü. 1990-cı illərin xaotik prosesləri önündə çaşqın qalmış humanitar elmə Yaşar Qarayevin gətirdiyi yeni baxış – “Yaddaş konsepsiyası” oyanış zəngi kimi səsləndi. Alim başımıza gətirilən bütün faciələrin, fəlakətli olayların səbəbini yaddaşsızlıqla, dünəni unutmaqla əlaqələndirib çıxış yolu kimi nicatı da milli yaddaşa dönüşdə gördü.

Yaşar Qarayev 1990-cı illərin aydınlanan ədəbi mənzərəsində məfkurə məsələsinə konseptual yanaşan azsaylı alimlərdəndir. Onun Əli bəy Hüseynzadənin, Əhməd Cavadın, Hüseyn Cavidin, Məhəmməd Hadinin, Cəfər Cabbarlının yaradıcılığına yanaşmada sərgilədiyi münasibət bu baxımdan çox düşündürücüdür. Təhlillərində kökləndiyi məsələlər ancaq bu şəxsiyyətlərin yaradıcılığındakı Vətən, azadlıq, məfkurə çalarlarını üzə çıxartmaq olmuşdur. Bu, Yaşar Qarayevin həqiqətlərə yaxşı bələdliyinin, bunları sovet dövründə bilib, içində bəsləmə narahatlığının nəticəsi idi. İnsana yaşadığı dövrün tələblərindən kənarda qiymət vermək onun estetik meyarına uyğun deyildi. Ədəbiyyatşünas alim Tehran Əlişanoğlunun dediyi kimi, “Yaşar Qarayev özgə bir yol – zəmanənin içində olub, onunla mücadilə yolunu tutdu”.

Sovet dövrünün irəli sürdüyü “materialist”, “idealist”, “mürtəce” kimi anlayışların acı təcrübəsini görən alim, əks-qütbdə dayanıb zamanı bütöv müstəvidə almağın zəruriliyini daha vacib bildi: “Əgər zaman tarixi və estetik özünüdərkin faktına və hadisəsinə çevrilmirsə, demək, idrakla və yaddaşla Zaman arasında təmas baş vermir”. Bu mənada, dövr dəyişən kimi onun müstəqillik iqliminə asan oturuşu təəccüb doğurmur. Həm də bu şəkildə: Yaşar Qarayev az zaman kəsimində Əlibəyşünas, Cavadşünas, Hadişünas olaraq meydana çıxdı. Sovet rejiminin buxovunda deyilə bilinməyən ədəbi-estetik hadisələr Yaşar Qarayevin təfsirində obyektiv elmi-nəzəri qiymətini, akademik ölçüsünü tapdı.

Məsələn, poetik siqlət, milli oyanış və məfkurə ideyalarının dolğunluğu baxımından fərqli proses olan Məhəmməd Hadi yaradıcılığını Yaşar Qarayev ədəbi-tarixi gedişatın öz inkişaf məntiqindən doğan gerçəklik adlandırırdı və haqlı olaraq, Hadi romantizminin mənşəyini türk romantizminə bağlayırdı: “XIX-XX yüzillərin böyük Türk romantizmini Əbdülhəq Hamid, Namik Kamal, Mahmud Əkrəm, Tofiq Fikrət, Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Divanbəyoğlu... demək olar ki, birlikdə yaratmışlar. Məhz onların bir sənətkar, ideoloq və mütəfəkkir xidmətindən (hünərindən!) dünya romantizminin Qərbdən və Rusiyadan (M.Y.Lermontov) sonra ikinci klassik intibahı Asiya-İslam, Şərq dalğası yaranmışdır”.

Yaxud “Cavid kimi Hadinin də vətəni Azərbaycan, milliyyəti türk, zehniyyəti islam və təsəvvüf olub... Təsadüfi deyil ki, öz vətənlərində Hadi və Cavid uzun illər qadağan olunmuş şairlər sırasına məhz “pantürkist” və “panislamist” damğaları ilə düşmüşlər...”, - kimi fikirlərlə əsrin həqiqi varlığına ayna tutur, gerçək ədəbiyyat ruhunu ifadə edirdi.

Tarix nəinki “müəllim olmaqdan qalır” (Alber Kamyu), əksinə, ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş olur. Hər halda XX əsrin əvvəli və sonu arasında harmoniya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi yaşanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə vadar edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək lazımdır.

Yaşar Qarayev əsaslandırdı ki, indi təfəkkürdə məhz belə katarsis işinə ehtiyac var, milli ruhun yenidən bərqərar olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi üçün elmi konsepsiyalar, doktrinalar, təlimlər işləyib hazırlamaq zamanın tələbidir. Bunun üçün onun meyara çevirdiyi şəxsiyyətlərdən biri Əli bəy Hüseynzadənin çoxyönlü yaradıcılığı oldu. 1994-cü ildə “Kökünə və bütövlüyünə boylanan yaddaş – Əli bəy Hüseynzadə” məqaləsində yazırdı ki, “1998-ci ildə “Siyasəti-fürusət”in 90 illiyini bir yubiley kimi qeyd etmək olar. Lakin bu “doxsan il” “Siyasəti-fürusət” ətrafında sükutun doxsan ilidir”.

Bəli, doxsan illik sükut buzunu qırmaq, vulqar sosioloji ədəbiyyatşünaslıq yanaşmalarını, rejimin ifşa və lənət kampaniyasını yerlə-yeksan edib meydana gerçək bir Əli bəy Hüseynzadə obrazı çıxarmaq o qədər də asan məsələ deyildi. Çünki Əli bəyin ifadə və təmsil etdiyi ədəbi missiyanın yükü ağır idi, bunun etirafı çətin olduğu kimi, həzm edilməsi məsələsi də vardı. Baxın, Yaşar Qarayev bu dahinin – böyük ideoloq, miqyaslı düşüncə sahibi, milli məfkurə adamı olan Əli bəyin xidmətini necə dürüst ifadə edir: “Bayrağımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boya simvolikası da onun “türkləşmək, islamlaşmaq, avropalaşmaq” – düsturunun rəngdə ifadəsindən başqa bir şey deyildir. Şübhəsiz, söhbət yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından, dəmir özüldən gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır... Məhz bu mənada nəinki Məhəmməd Əmin və Nəriman Nərimanov, üstəlik, Ziya Göyalp və Kamal Atatürk də Əli bəy Hüseynzadədən başlayır”.

Əli bəy Hüseynzadə Yaşar Qarayevin müstəqillik illərində ürəklə, geniş bəhs etdiyi şəxsiyyətlərdən olmuşdur. Xüsusilə onun ermənilərə qarşı güzəştsiz milli mövqe sərgiləməsi, bütün istiqamətlərdə bütöv, qayəli və konseptual xidməti ustad ədəbiyyatşünasın nəzərlərindən yayınmamışdır. Əlbəttə, Əli bəy Hüseynzadənin erməni məkrinin tarixinə münasibət barədə indi də öz nəzəri və metodoloji əhəmiyyətini qoruyub saxlayan müdrik müşahidələrinə biganə yanaşmaq mümkün deyil. Məntiq, ağıl, rasional yanaşma, tarixi faktlara istinadən əsaslı dəlillərlə meydana çıxmaq Əli bəyin təkrarsız üslubunun əsas çalarları idi.

Unudulmaz ədəbiyyatşünas alim Yaşar Qarayev haqlı olaraq yazırdı ki, “1905–1918-ci illərdə türk əleyhinə çevrilən milli qırğın və genosid aktlarının təhlilindən Əli bəyin irsi yarandı. 1937, 1948–1952, 1988–1995-ci il hadisələrinə qarşı isə siyasi-ideoloji reaksiya kimi bu sanbalda və siqlətdə ədəbi və fəlsəfi-irs yaranmadı. Odur ki, Qafqazda və Azərbaycanda real gerçəklikdə və ideologiyada erməni genosidinin mahiyyətinə və ənənəsinə qarşı çevrilmiş Əli bəy irsini öyrənmək Vətənimizdə baş verən müasir eksponizmin də psixologiyasını, ideya qaynaqlarını və tarixi köklərini öyrənmək deməkdir”.

Böyük alman filosofu Hegelə görə “mütləq ideya” özünü dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin şüura böyük və əvəzsiz təsiri var. Bədii-estetik düşüncənin, onun elmi-tənqidi dərkinin meyarlarının əsaslı təbəddülata məruz qaldığı keçid dövrü kimi xarakterizə olunan 90-cı illərdə Yaşar Qarayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-nəzəri fikrin potensial imkanlarının real və əyani təzahürü, ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi mənalana bildi.

O, böyük bir imperiyanın çökümündən şaşıran ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermədi. Çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə onunla sonuclandı ki, bizdə həm milli bədii təcrübənin imkanlarına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.

Elnarə AKİMOVA,
Milli Məсlisin deputatı, filologiya elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2026 08:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see320

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see229

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see221

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see213

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see199

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see195

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see175

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see168

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri