Icma.az
close
up
RU
Akademik Rafael Hüseynov Budapeştdə Azərbaycan klassiklərinə aid nadir əlyazmalar aşkarlayıb

Akademik Rafael Hüseynov Budapeştdə Azərbaycan klassiklərinə aid nadir əlyazmalar aşkarlayıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Macarıstan Elmlər Akademiyasının Əlyazmalar və Əski Kitablar bölməsində Azərbaycan ədəbiyyatı və elm tarixinin görkəmli nümayəndələrinə aid qiymətli əlyazma nümunələri aşkarlanıb.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin  direktoru, akademik Rafael Hüseynovun Budapeştə səfəri zamanı apardığı araşdırmalar nəticəsində Akademiyanın Şərq Əlyazmaları bölməsində Nizami Gəncəvi, Xaqani Şirvani, Mahmud Şəbüstəri, Nəsirəddin Tusi, Sam Mirzə, Saib Təbrizi və digər Azərbaycan ədəbiyyatı və elm xadimlərinin yaradıcılığı ilə bağlı nadir mənbələr müəyyənləşdirilib.

Araşdırma zamanı orta əsrlər kitab mədəniyyətinin diqqətəlayiq nümunələrindən biri olan əlyazma aşkarlanıb. Əlyazmada müxtəlif ədəbi nümunələrlə yanaşı, Səfəvilər dövrünün miniatür sənətinə aid bir sıra qiymətli əsərlər yer alır. Miniatürlərin Sultan Məhəmməd məktəbinə mənsub rəssamların yaradıcılığı ilə əlaqəli olduğu bildirilir.

Bundan başqa, ensiklopedik alim Nəsirəddin Tusinin indiyədək məlum mənbələr sırasında yer almayan risaləsinin XVIII əsrin əvvəllərində türkcəyə edilmiş tərcüməsi aşkarlanıb. Əlyazmada müxtəlif əsərlərlə yanaşı, Şirvan tarixinə dair salnamə, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin türkcəyə iki tərcüməsi və digər qiymətli mətnlər də yer alır.

Akademik Rafael Hüseynov araşdırmalar zamanı müəyyənləşdirilən əlyazmaların elektron surətlərinin hazırlanmasına dəstək göstərən Macarıstan Elmlər Akademiyasının Şərq Əlyazmaları bölməsinin əməkdaşları Anna Stumpf və Yudit Yablonkaya təşəkkür edib.

Qeyd edək ki, 200 illik yubileyini qeyd edən Macarıstan Elmlər Akademiyasında Əlyazmalar və Əski Kitablar bölməsinin zəngin kolleksiyası əsrlər boyu Macarıstanın elmi, mədəni və intellektual tarixini əks etdirən çoxsaylı mənbələri özündə birləşdirir.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri