Icma.az
close
up
RU
Akademik Şahin Mustafayev: AMEA milli elmi düşüncənin daşıyıcısı və varislik prinsipinin canlı təcəssümüdür

Akademik Şahin Mustafayev: AMEA milli elmi düşüncənin daşıyıcısı və varislik prinsipinin canlı təcəssümüdür

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 noyabr, AZƏRTAC

AMEA-nın 80 illik yubileyi həm keçilən elmi yolun dəyərləndirilməsi, həm də gələcəyə yönəlik strateji baxış mərhələsidir. Bu mərhələ elmi ənənələrin qorunması ilə yanaşı, idarəetmə və tətbiq mexanizmlərinin yenilənməsini, elmin dövlət və cəmiyyət həyatında rolunun gücləndirilməsini zəruri edir.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubiley tədbirinin İkinci sessiyasında çıxışı zamanı söyləyib.

Alim bildirib ki, AMEA-nın 80 illik tarixi - Azərbaycan xalqının zəngin intellektual potensialını, elmi düşüncə mədəniyyətini və milli inkişaf strategiyasını özündə cəmləşdirən böyük bir elmi irsdir. Bu illər ərzində Akademiyanın fəaliyyəti elmin prioritet istiqamətlərində tədqiqatların aparılması, yüksəkixtisaslı kadrların yetişdirilməsi, mühüm layihələrin həyata keçirilməsi, elmi məktəblərin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi prinsipləri üzərində qurulub.

Akademiyanın inkişafının mənəvi və ideoloji təməlinin XIX əsrin sonu Azərbaycan maarifçiliyinə dayandığını söyləyən akademik Şahin Mustafayev Həsən bəy Zərdabinin elmə və maarifə çağırışı, Mirzə Fətəli Axundzadənin rasional düşüncə fəlsəfəsi və digər mütəfəkkirlərimizin milli mədəniyyət və elm birliyi haqqında ideyalarının milli elmi təfəkkürün formalaşmasında mühüm rol oynadığını qeyd edib: “Bu mənada AMEA yalnız elmi təşkilat deyil - maarifçilik ideyalarının institutlaşmış davamı, milli elmi düşüncənin daşıyıcısı və varislik prinsipinin canlı təcəssümüdür”.

O, Azərbaycan elminin ötən əsrin 70-ci illərindəki inkişafı dövründə elmi idarəetmə sisteminin təkmilləşdirilməsi, tədqiqat istiqamətlərinin genişləndirilməsi və elmi potensialın qorunmasının mühüm prioritetlərdən birinə çevrildiyini deyib. Bildirib ki, bu mərhələ elmin ölkənin sosial-iqtisadi və mədəni yüksəlişində aparıcı rol oynamasının əsasını qoyub.

Akademik Şahin Mustafayev türk dövlətlərinin elmi qurumları arasında koordinasiya və əməkdaşlıq funksiyasını yerinə yetirən Beynəlxalq Türk Akademiyasının AMEA ilə münasibətlərinə də toxunub. Bu qurum tərəfindən həyata keçirilən beynəlxalq layihələrdə Akademiyanın institutları və aparıcı alimlərinin fəal iştirakını yüksək qiymətləndirib.

O, AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin VIII Assambleyasının Türk dünyasında elmi əməkdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı elmi əlaqələrin institusional əsasda dərinləşdirilməsi və ortaq elmi məkanın inkişafı baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Həm texniki, həm də humanitar elmlərin qarşısında müasir dövrün tələblərinə cavab verən mühüm vəzifələrin dayandığını söyləyən alim AMEA-nın bu prosesdə elmi fəaliyyətin istiqamətverici mərkəzi kimi çıxış edərək, ölkənin intellektual potensialının inkişafına mühüm töhfə verəcəyinə inamını ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see250

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see239

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see233

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see205

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see155

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see153

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see145

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see145

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see143

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see138

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see135

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see133

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see133

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see132

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see132

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see132

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri