Icma.az
close
up
RU
MİLYONLARI “İTİRƏNLƏR” KİMLƏRDİR? Usubovun qardaşı oğlu və... + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

MİLYONLARI “İTİRƏNLƏR” KİMLƏRDİR? Usubovun qardaşı oğlu və... + FOTOLAR AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edən və onların külli miqdarda pulunu ələ keçirən Alişan Nizaminin cinayət işi üzrə məhkəməsinin hazırlıq prosesi keçirilib.

“AzPolitika” xəbər verir ki, o, 3 şəxsə ümumilikdə 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) ziyan vurmaqda təqsirləndirilir.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxslərdən biri keçmiş daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu Zeynal Usubovdur. Onun atası Mütəllim Usubov da uzun illər hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləyib.

 Zeynal Usubov

Onun özü isə əvvəllər prokurorluq orqanlarında işləyib. O, Nərimanov rayon prokurorunun müavini olub. Onun sözügedən platformada 945 min dollar vəsait xərclədiyi bildirilir.

İş üzrə başqa bir dəqqətçəkən məqam da var. Belə ki, bu cinayətdə ən çox pul itirən şəxs Babək Məmmədzadədir. Əldə etdiyimiz məlumata görə, Babək “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğludur.

 Məhəmməd Məmmədov

Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovla birgə həbs edilmişdi. Milyonlarla mənimsəmədə ittiham edilən Məmmədov şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

 Alişan Nizami

Qeyd edək ki, Alişan Nizamiyə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Yanvar 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri