Icma.az
close
up
RU
Akif Marifli: Bakı Beynəlxalq Kitab Sərgisi xalqların mədəniyyətlərini və dəyərlərini birləşdirən körpüdür

Akif Marifli: Bakı Beynəlxalq Kitab Sərgisi xalqların mədəniyyətlərini və dəyərlərini birləşdirən körpüdür

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 oktyabr, Günel Alıyeva, AZƏRTAC

Bakı Beynəlxalq Kitab Sərgisi müxtəlif xalqların ədəbiyyatını, tarixini, coğrafiyasını və mədəniyyətini bir araya gətirən unikal platformadır. Digər ixtisaslaşdırılmış sərgilərdən fərqli olaraq, məhz bu kitab sərgisi kütləviliyi və ölkəni əhatə etməsi ilə seçilir. Bu, Azərbaycanda keçirilən ən böyük beynəlxalq mədəniyyət festivalıdır.

Bu barədə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli AZƏRTAC -ın müxbiri ilə söhbətində deyib.

“Mən buranı xüsusi hesab edirəm: burada cəmiyyətin ən intellektual təbəqəsi - kitab və mütaliə sevən insanlarla rastlaşırsan. Buraya məhz kitab oxuyan insanlar gəlirlər. Bu baxımdan sərgi mənim üçün olduqca dəyərlidir – bu, müxtəlif ölkələrin mədəniyyətlərinin qovuşduğu məkandır”, - deyə direktor qeyd edib.

Akif Mariflinin sözlərinə görə, Azərbaycan 2020-ci ildən etibarən beynəlxalq kitab sərgilərində fəal iştirak edir ki, bu da milli mədəniyyətin təşviqində, yeni nəşrlərin yayılmasında, azərbaycanlı müəlliflərin xaricdə təbliğində mühüm rol oynayır.

“Bakı Beynəlxalq Kitab Sərgisi haqlı olaraq regionun ən böyük sərgisi hesab olunur. Onun iştirakçılarının və ziyarətçilərinin sayı ildən-ilə artır”, - deyə M.Marifli qeyd edib.

AZƏRTAC-ın fəaliyyətindən söz açan M.Marifli agentliyin yüksək peşəkarlığını vurğulayıb.

AZƏRTAC haqqında təəssüratlarımız həmişə son dərəcə müsbətdir. Bu, etibarlı informasiya yayan, ölkənin ən böyük, ən müasir xəbər agentliyidir”, - deyə direktor əlavə edib.

Akif Marifli qeyd edib ki, AZƏRTAC kollektivinin peşəkarlığı dərin hörmətə layiqdir.

“Siz mədəniyyət sahəsi ilə cəmiyyət arasında əsl körpü rolunu oynayaraq, mühüm xəbərləri vaxtında ictimaiyyətə çatdırırsınız. Biz əməyinizi, enerjinizi, innovasiyalara sadiqliyinizi yüksək qiymətləndiririk. İşinizdə fədakarlığınıza və Azərbaycanın informasiya məkanının inkişafına verdiyiniz töhfəyə görə sizə minnətdarlığımızı bildiririk”, - deyə direktor sözünü yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri