Icma.az
close
up
RU
Akif Nağı sosial şəbəkələrdə əleyhinə danışanlara CAVAB VERDİ

Akif Nağı sosial şəbəkələrdə əleyhinə danışanlara CAVAB VERDİ

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstandakı mahnı müsabiqəsində Azərbaycanı münsif kimi təmsil edən müğənni Samirə Əfəndinin erməni ifaçıya maksimum 12 xal verməsi, bununla da kifayətlənməyərək, onu qucaqlaması ölkə gündəmində hələ də müzakirə olunmaqdadır. Onun bu davranışlarını qınayanların bəziləri sosial şəbəkələrdə müğənninin ünvanına hətta təhqiramiz ifadələr işlədiblər.

Samirə Əfəndi Azad Vətən Partiyasının sədri Akif Nağını məhkəməyə verəcəyini deyib. Buna səbəb partiya sədrinin daha sərt ifadələrdən istifadə etməsidir.

Bəs Akif Nağı məhkəməyə veriləcəyindən narahat deyil ki?
Modern.az açıqlamasında Akif Nağı bildirib ki, hələ ki ona məhkəməyə verilməsi ilə bağlı rəsmi bildiriş göndərilməyib:

“Mətbuatda bizi məhkəməyə verəcəyini deyib. Məhkəməyə müraciət etdiyi ilə bağlı isə məlumatımız yoxdur. Bundan heç də narahat deyilik. Ağlı olsaydı, özünü yenidən biabır etməzdi. Qazaxıstandakı hərəkəti, bizə qarşı çıxışı və şəhid ailələrindən üzr istəməməyi ilə səhv edib. İndi bizi məhkəməyə verəcək, özü daha pis vəziyyətə düşəcək”.

A.Nağı vurğulayıb ki, Samirə Əfəndi deyil, başqası da olsayı yenə də eyni reaksiyanı göstərərdi:

“Bizim üçün heç kəsin kimliyi önəmli deyil. Vaxtilə Qarabağ Azadlıq Təşkilatı olaraq, heç kimin ranqına, vəzifəsinə baxmamışıq. Ermənilərlə bağlı kim yanlış mövqe tutubsa, sözümüzü demişik. Qarşıdurma da olub, bizi polisə də aparıblar. Həbslərdə də olmuşuq, amma sözümüzdən çəkilməməşik. İşğal günlərində konsertlər verən tanınmış sənətçiləri ictimai qınaqla üz-üzə qoymuşuq, bəzilərinin konsertlərini ləğv etdirmişik. Cavan Zeynallının konserti başlamağa az qalmış bizim nümayəndələr qapının ağzında dayanıb artistləri xəbərdar edirdilər ki, həmin gün işğal tarixidir. Cavan Zeynallı konsertdən qayıdıb getmişdi, demişdi ki, qələt etmişəm. İndi bu Samirə Əfəndi tanınmış olsa, nə edəcəkdi?!”.

Partiya lideri “Tərtər işi” ilə bağlı onu susmaqda ittiham edənlərə belə cavab verib:

“Akif Nağı heç vaxt susmayıb. Akif Nağıdan hər şeyi tələb edirlər. “Tərtər işi” ilə bağlı dəfələrlə bəyanatlarımız, açıqlamalarımız olub. "Tərtər işi"nin qurbanlarının yaxınları ilə görüşmüşük. “Tərtər işi”ni kimsə siyasi manipulyasiyaya çevirməsin. Amma o məsələ ilə bağlı ən düzgün və obyektiv mövqeni biz tutumuşuq. Bəs niyə demirlər ki, Mübariz İbrahimovu, Ramil Səfərovu kim müdafiə edib? Mübariz İbrahimovun, Ramil Səfərovun üstündə bizi nə qədər döydülər, sürüdülər, polis idarələrinə apardılar. Niyə demirlər ki, Şahbazla Dilqəmi Akif Nağıgil necə müdafiə edirdilər? Yəni kimlərsə boş-boş danışmağa söz axtarırlar. Özlərinə başqa iş tapsınlar. Mənim o cür intiriqalara girməyə nə həvəsim, nə  də vaxtım var”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri