Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Deputat partiya sədrinə sart cavab verdi: Ağayi Akif Nağı... QALMAQAL

Deputat partiya sədrinə sart cavab verdi: Ağayi Akif Nağı... QALMAQAL

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azad Vətən Partiyasının sədri Akif Nağının "Media Türk TV"nin efirində səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. 

O, Milli Məclisin komitə sədri, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın ixtisasca hüquqşünas olduğunu, amma fəlsəfə üzrə namizədliyi müdafiə etdiyini bildirib. Akif Nağı deputatın Azərbaycan tarixini təhrif etdiyini, onun müəyyən mərkəzlər tərəfindən idarə olunduğunu iddia edib.

Partiya sədri Fazil Mustafanın kitablarını da tənqid edib.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, Fazil Mustafa Akif Nağının iddialarına münasibət bildirib.

“Qarabağın azadlığı uğrunda mübariz kimi cəmiyyətə sırınmış bu qəbildən olan insanların ifşa olunması üçün mən artıq əlimdən gələni etmişəm. Son kitabım olan "Cəhalət gülləsi, aydınlıq çiləsi" birbaşa bu mövzuya həsr edilib və orada Akif Nağı və bütün QUMçu şəbəkəyə qarşı apardığım mübarizənin bir çox məqamları əks olunub. Axı tarix üçün bunlar olduqca vacibdir, çünki şəxsimə qarşı məlum terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesi də göstərdi ki, bu şəbəkə xərçəng caynaqlarını dövlət idarəçiliyi, siyasət və həyatımızın başqa sferalarına uzada bilmişdir. Sadəcə bir çox hallarda səfəviçilik, güney azərbaycançılıq, məzhəb təəssübkeşliyi terminlərinin arxasında gizlənməklə öz məqsədlərini gerçəkləşdirirlər. İllərdir həyatımız, canımız bahasına bu şəbəkə ilə apardığımız mübarizənin mahiyyəti ağıllı insanlarımız tərəfindən dəqiq anlaşılır. Hər zaman söylədiyimi bir daha təkrarlayıram: Müstəqil, dünyəvi, milli Azərbaycan dövləti üçün 5-ci kolon deyilən təhlükənin bir adı var- o da Cəhalət kolonudur. Bunu da din-məzhəb-təriqətlər üzərindən yaratmışlar və alt qatımızda cəhalət virusunu elə yerləşdirmişlər ki, dünyəvi dövlətimizin acazıq zəifləyə biləcəyi anda kənardan idarə edərək hərəkətə keçirməyi hədəfləyirlər", - deputat deyib.
F.Mustafa bildirib ki, Akif Nağının çıxışını dinlədikdən sonra aşağıdakı qənaətə gəlib:

“Gerçəkdən də bu diplomlu savadsız adam başından çox-çox böyük danışmış. Əsla bunu təhqir məqsədi ilə söyləmirəm. Adam özünün yerli qəzetlərin birində çap olunan, elmlə, tədqiqatla əlaqəsi olmayan, sadəcə sıradan bir məqaləsini “sanballı” adlandırırsa, başqa bir ifadə tapmaq olduqca çətindir. Ötə yandan onun çıxışının da ittihamdan daha çox məqsədyönlü iftira xarakteri daşıdığını bir neçə müqayisədə rahat şəkildə göstərə bilərəm. Adam söyləyir ki, Fazil Mustafa hüquqşünas kimi elmi əsər yaza bilməyib, dönüb fəlsəfi, tarixi əsərlər yazıb və disstertasiya müdafiə edib. Paho, nə qədər ağır bir ittiham! Həm də bunu bir normal elmi əsər yazmaq qabiliyyəti olmayan tarix elmləri namizədi söyləyir. Adam elə düşünüb ki, hüquq sahəsi fəlsəfədən daha çətindir, o zaman gərək hüquqi biliklərimi isbatlamaq üçün 31-ci kitabımı bu mövzuya həsr edim. Yaxud da qanun layihələri ilə bağlı Milli Məclisdə son iyirmi ildə etdiyim peşəkar hüquqşünas çıxışlarını dərs vəsaiti olaraq ağayi Akif Nağıya gərək əlavə savad alması üçün təqdim edim. Bu minvalla, bu gün kimsə böyük filosof Karl Yaspersə niyə həkim olduğu halda fəlsəfədən əsər yazmasını irad olaraq bildirməkdə haqlı sayılmalıdır. Bu cür boş-boş danışanlara həmişə bir sözüm olur: götür hər hansı kitabımın elmi tənqidini yaz! Yaxud da öz kitabını ortaya qoy ki, onun üzərindən müzakirə aparaq!
Digər tərəfdən, mənim yazdığım kitablarda çox sayda mənbələr araşdırdığımı, onları bir yerə yığdığımı, lakin öz fikrimin olmadığından bəhs edir. Ardınca da kitablarımdan qeyd etdiyi onlarla orijinal fikir və mülahizəni zərərli adlandırır. Maraqlıdır ki, bütün bu iftiralardan, Babəkə, Şah İsmayıla münasibət məsələsindən sonra dərhal əsas paxlanı ağzından çıxarır: "Bizim məzhəbimizə qarşı yazıları dövlətimizə, millətimizə qarşı düşmənçilikdən xəbər verir". Maraqlıdır ki, bu ifadələri Azərbaycanda leqal fəaliyyət göstərən bir partiya rəhbəri səsləndirir. Və o şəxsə qarşı söyləyir ki, illərdir sünnisinə, şiəsinə, nurçusuna, süleymançısına, eləcə də məzhəbçiliyin, təriqətçiliyin, etnik separatçılığın hər növünə qarşı ardıcıl mübarizə aparır, müsəlman terminindən başqa hansısa bir tanıtımın İslam dini adına səsləndirilməsinə qarşı sərt mövqe sərgiləyir. İslamın mahiyyətini hələ də dərk etməyən bu şəxslər səbəbsiz yerə məzhəb bölücülüyündən bəhs etmirlər. Bu ünsürlərin mənəvi qida aldığı mənbələr məhz bu çağırışlara görə onları dəstəkləyirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Noyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see205

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see201

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see185

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see178

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see172

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see166

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see159

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see157

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see152

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see151

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see145

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see143

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see141

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see141

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see141

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see139

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see139

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri