Icma.az
close
up
RU
Akif Nağı: “Vətənpərvərlik sülh şəraitində də təbliğ olunmalıdır”

Akif Nağı: “Vətənpərvərlik sülh şəraitində də təbliğ olunmalıdır”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Vətəni sevən insan onu tanıyan və onun dəyərlərini dərk edən insandır. Vətəni tanımadan sevmək mümkün deyil. Vətənə sevgi yalnız onun təbii gözəlliklərini sevməkdən deyil, həm də onun tarixi, mədəniyyəti və dəyərləri ilə tanışlıqdan qaynaqlanır. Yalnız bu cür yanaşma gəncləri vətəninə sevgi ilə bağlaya bilər. Bu səbəbdən vətəni tanıtmaq, onu dərindən anlamaq və hiss etmək çox vacibdir”.

Bu fikirləri Azad Azərbaycan Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirib.

Azərbaycandakı müxtəlif media resurslarında, televiziyalardan tutmuş saytlaradək vətənpərvərlik mövzusunun hələ də lazımi səviyyədə işıqlandırılmadığını qeyd edən partiya sədri vətənpərvərliyin formalaşmasında medianın rolunun çox vacib olduğunu vurğulayıb: “Bu gün Azərbaycan cəmiyyəti üçün vətənpərvərlik yalnız bir ideya və ya anlayış deyil, həm də tarixi təcrübə və milli yaddaşın təzahürüdür. Vətəni sevmək və bu sevgini yaşatmaq, onu gələcək nəsillərə ötürmək, müasir dünyada qarşıya çıxan ən mühüm məsələlərdən biridir. Vətənpərvərliklə bağlı yazılar və tədbirlər keçirilir, lakin bu sahədə görülən işlər hələ də kifayət qədər deyil. Vətənpərvərliyin dəyər kimi yalnız müharibə zamanında qorunub saxlanması deyil, həm də sülh dövründə inkişaf etdirilməsi önəmlidir. Milli mənlik şüurunun formalaşdırılması çox vacibdir. Sosial şəbəkələrdə vətənpərvərlik mövzusunda müzakirələr aparılır, amma çox vaxt bu müzakirələr səviyyəsiz olur. Bu işin məsuliyyətini üzərinə götürən qurumlar yoxdur. Ona görə də hesab edirəm ki, Azərbaycanda vətənpərvərlik məsələsi, xüsusilə milli mənlik şüurunun aşılanması üzrə medianın məqsədyönlü fəaliyyəti vacibdir. Əgər bu işlər davamlı şəkildə aparılmasa, vəziyyətin gələcəkdə yaxşılaşacağı şübhəlidir. Fikrimcə, iki əsas məsələyə xüsusi diqqət yetirilməlidir: Birincisi, milli özünüdərk prosesi, ikincisi isə əcdadlarımızın kimliyi və tariximizin düzgün təqdim olunmasıdır. Tarixə elə müdaxilələr edilib ki! Son yüzilliklər ərzində, Çar imperiyası və SSRİ dövründə Azərbaycan tarixinin bir çox hissəsi sanki silinib. Biz öz Vətənimizi tanıtmalıyıq. Böyük alimimiz Xudu Məmmədovun dediyi kimi, gənclərə "Vətəni sevin!" demək kifayət deyil. Onlara Vətəni tanıtmaq lazımdır, çünki yalnız tanıyan insan onu sevər. Mətbuat bu məsələdə müvafiq dəstəyi göstərməlidir. Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş qəhrəmanları tanıtmaq önəmlidir. Azərbaycan bütün xalqları ilə bir Vətəndir - türklər, talışlar, ləzgilər, tatlar və başqa azsaylı xalqlar da bu Vətənin bir parçasıdır. Bu ideya daha geniş təbliğ olunmalıdır. Mən belə düşünürəm ki, bu məsələdə xarici qüvvələrin təsiri böyükdür. Həm cənubdan, həm də şimaldan bizə təsirlər gəlir. Bu problemlərin aradan qaldırılması vacibdir".

A.Nağının fikrincə, dövlətin inkişafı üçün vətənpərvərlik hisslərinin aşılanması çox əhəmiyyətlidir. Bundan əlavə, partiya sədri deyib ki, xüsusilə sosial şəbəkələr vasitəsilə yayılan manipulyativ, yanlış və ya qeyri-obyektiv məlumatlar fonunda peşəkar və prinsipial media orqanlarının milli dəyərləri qoruyan, reallıqları düzgün əks etdirən və maarifləndirici rol oynaması zərurətə çevrilib: “Bu baxımdan medianın cəmiyyətin doğru məlumat almasını təmin etməsi, yalnız informasiya ötürmək deyil, həm də təhlil etmək və müzakirə etmək funksiyasını daşıması vacibdir. Bu, xüsusilə gənclər arasında milli şüurun gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Media mühitində vətənpərvərliyi təşviq edən rubrikaların, müsabiqələrin, ictimai təşəbbüslərin və tematik verilişlərin təşkili, cəmiyyətin geniş təbəqələrində milli ideyaların möhkəmlənməsi və gənclərin vətənə bağlılıq hisslərinin artırılması üçün çox təsirli alətlərdir. Bu məqsədlə dövlət qurumları ilə media subyektləri arasında daha sıx əməkdaşlıq qurulmalı və bu istiqamətdə vahid bir strateji yanaşma hazırlanmalıdır. Vətənpərvərlik ideyasının təbliğində medianın imkanları çox genişdir, vətənpərvərlik yalnız müharibə dönəmində deyil, həm də sülh şəraitində gücləndirilməli və təbliğ olunmalıdır. Vətənpərvərlik məsələsi milli mədəniyyətin təbliği, yerli dəyərlərin qorunması və xalqın birliyinin gücləndirilməsi baxımından da əhəmiyyətlidir. Media milli kimliyin qorunmasına xidmət edən mühüm amillərdən biridir. Fikrimcə, Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi yol və əldə etdiyi nailiyyətlərə diqqət çəkilməsi gənclərin bu müstəqilliyi qorumaq üçün nə qədər məsuliyyət daşıdıqlarını anlamalarına kömək edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Noyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri